İmamoğlu sabah vəzifəsinin icrasına başlayacaq

Dərc olunub: 26/06/2019 - 15:26

dafb85a8-5918-4ac7-844c-93a3378b40cdTürkiyənin İstanbul Böyük Şəhər Bələdiyyəsinin yeni sədri Əkrəm İmamoğlu iyunun 27-də vəzifəsinin icrasına başlayacaq.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, o, səlahiyyətləri sabah yerli vaxtla saat 18.30-da təhvil alacaq.

Qeyd edək ki, İstanbul Böyük Şəhər bələdiyyəsi sədrliyinə təkrar seçki iyunun 23-də keçirilib.

Əkrəm İmamaoğlu 4 milyon 741 min 868 ( 54,21 faiz) səs qazanaraq qalib olub. Onun rəqibi Binəli Yıldırım isə 3 milyon 935 min 453 (44,99 faiz) səs toplayıb.










loading...


Fikrinizi bildirin