“Bu müharibələr Amerikanı zəiflədir” – Konqresmenlər Trampa qarşı

Dərc olunub: 26/06/2019 - 16:08

trampİki amerikalı konqresmen Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbi büdcəsinə xüsusi əlavənin olunmasını təklif edib. Bunun sayəsində konqresmenlər prezident Donald Trampı İrana qarşı hərbi əməliyyata başlamaq imkanından mərum etmək istəyirlər.

Demokrat Ro Hanna və respublikaçı Mett Netsin irəli sürdüyü əlavə belə əməliyyatların maliyyələşdirilməsini qadağan edir.

Hanna bəyanatında xatırladır ki, Tramp özünün seçkiqabağı kampaniyası zamanı «xaricdə müharibə xərclərinə son qoymağı vəd edib, amma bu vədini yerinə yetirmir».

Trampın partiyadaşı və tez-tez onu dəstəkləyən Hets isə bəyan edib ki, istənilən hərbi əməliyyata başlamaq məsələsini Konqres həll etməlidir.

O, həm də qeyd edib ki, Yaxın Şərqdə «məqsədsiz, qeyri-konstitusion, sonsuz müharibələr Amerikanı möhkəmlətmir, əksinə zəiflədir».

Xatırladaq ki, bundan əvvəl Tramp məlum dron məsələsi ilə bağlı İrana qarşı qisas zərbəsini təsdiqlədiyini bildirib, amma son anda qərarını dəyişib.

AzPolitika.info










loading...


Fikrinizi bildirin