"Minsk 2019": Güləşçimiz Nurməhəmməd Hacıyev finala yüksəlib

Azərbaycan sərbəst güləşçisi Nurməhəmməd Hacıyev "Minsk 2019" II Avropa Oyunlarında finala yüksəlib.

"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan pəhləvan yarımfinalda Ukrayna təmsilçisi Murazi Mçedlidzeyə qalib gəlib - 7:0.

Finalda Hacıyevin rəqibi Abdulrəşid Sadullayev olacaq. Görüş iyunun 27-də baş tutacaq.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar