Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub

Dərc olunub: 26/06/2019 - 16:40

russia_police_191113Rusiyanın Federal Təhlükəsizlik Xidməti Saratov şəhərində terror aktının qarşısını alıb.

Trend-in məlumatına görə, xidmət əməkdaşları kustar üsulla partlayıcı maddələr hazırlayan və kütləvi məkanda terror aktı planlaşdıran İŞİD üzvünü zərərsizləşdirib.

Qeyd olunur ki, həmin şəxs əməliyyat zamanı təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərib. Əməliyyat nəticəsində dinc sakinlər arasında xəsarət alanlar olmayıb.










loading...


Fikrinizi bildirin