Moldova Konstitusiya Məhkəməsinin hakimləri tam tərkibdə istefa verib

Dərc olunub: 26/06/2019 - 18:03

f2ce5e03-1516-46d1-bb45-9ee92b6f3489Moldova Konstitusiya Məhkəməsinin hakimləri tam tərkibdə istefa vermək barədə qərar qəbul edib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl Moldova prezidenti İqor Dodon Venesiya Komissiyasının ölkənin Konstitusiya Məhkəməsi tərəfindən pozuntu faktını qəbul etdiyini söyləyib. O cümlədən hakimlər Moldovanın prezidentini vəzifəsindən çıxarmaqla baş nazirə parlamentin buraxılması barədə fərman imzalamaq hüququ verməklə Konstitusiyanı pozublar. Eyni zamanda müəyyən edilib ki, parlament Konstitusiya Məhkəməsinin bildirdiyi kimi iyunun 7-dək yox, 10-dək buraxıla bilməzdi.

Əlavə edək ki, Konstitusiya Məhkəməsinin sədri Mixay Poalelunj iyunun 20-də istefa verib.








loading...


Fikrinizi bildirin