ŞƏKƏRİ AZ YEMƏK ÜÇÜN… – Dörd ərzağı əvəzləmək gərəkdir

Dərc olunub: 26/06/2019 - 20:23

İnsanların əksəriyyəti üçün sağlam həyat tərzi yalnız qadağalarla assosiasiya olunur. Əslində isə sərt məhdudiyyət olmadan belə, istənilən ərzağı onun daha faydalı analoqu ilə əvəzləmək olar. Bu zaman orqanizm belə yanaşmaya «təşəkkür»lə cavab verəcək…

Ketçubu tomat pastası ilə əvəzləyirik

ketchup-78

Bu məhsulun 100 qramının enerji dəyəri 101,0 kilokalori (kkal) təşkil edir. Bu porsiyada ketçupun tərkibi belədir:
Belok – 1 q
Yağ – 0,1 q
Karbohidratlar – 27,1 q
Su – 69,0 q
Qida lifi – 0,3 q.

100 qram tomat pastası porsiyasının tərkibində isə aşağıdakı miqdarda qida maddələri olur:

Enerji dəyəri – 75,0 kkal
Zülal – 3,5 q
Yağ – 0,6 q
Karbohidratlar – 13,9 q
Su – 0,0 q
Qida lifləri – 0,0 q.

Rasiona natural tomat pastası daxil edilməlidir. Bunun üçün onu sərbəst şəkildə hazırlamalısan. Əgər belə imkan yoxdursa, o zaman əvvəlcə populyar istehsalçıların reytinqi ilə tanış olmağına dəyər. Supermarketlərin rəflərində seçim zamanı ilk növbədə, məhsulun təkibinə diqqət yetirmək gərəkdir – onun tərkibində pomidordan savayı heç bir digər tərəvəzin püresi olmamalıdır, tərkibində quru maddələrin miqdarı (konsentrasiyası) isə maksimum 25-45 faiz arasında dəyişməlidir. Çində istehsal olunmuş belə məhsuldan imtina etmək tövsiyə olunur. Nədən ki, quru konsetratı suda həll etməklə hazırlanmış belə məhsulun orqanizmə heç bir faydası yoxdur.

Şirin tvoroqu yumşaq və dadsız tvoroqla əvəzləmək

1495019152_bc78c8f7

Turş-süd məhsulları mütləq hər bir insanın rasionunda iştirak etməlidir. Bu, onunla bağlıdır ki, süd bakteriyaları orqanizmin müxtəlif xəstəliklərə qarşı davamlılığını artırır və immuniteti yüksəldir.
Klassik şirin tvoroqa üstünlük verərkən, diqqət yetirmək lazımdır ki, bu ərzatın 100 qramının enerji dəyəri 95,0 kilokaloridən artıq olmasın. Belə porsiyada iştirak edir:
Zülal – 9,1 q
Yağ – 5,0 q
Karbohidratlar – 3,5 q
Su – 0,0 q
Qida lifi – 0,0 q.

100 qram yumşaq və yağsızlaşdırılmış tvoroqda isə 32,0 kkal enerji və aşağıdakılar olur:

Zülal – 7,0 q
Yağ – 0,0 q
Karbohidratlar – 1,0 q
Qida lifi – 0,0 q.

Bu şərtlər daxilində siz, gerçək pəhriz deserti əldə edəcəksiniz və tərkibinə aşağıdakı komponentləri əlavə etməklə, ona xüsusi dad verəcəksiniz:
Giləmeyvə
«Çəkilmiş» yaşıl alma
Sirop

«Nutella»nın ən yaxşı analoqu – qoz pastasıdır

shutterstock_188781230-960x540

Məlum olduğu kimi, «Nutella» xeyli kalorili ərzaqdır – onun 100 qramında 539,0 kkal enerji olur. Bundan başqa «Nutella»nın tərkibində böyük miqdarda (30,9 q) yağ, 6,3 q zülal olur.
Ev şəraitində yunan qozundan və xurmadan xüsusi pasta hazırlamaq olar. Belə pastanın 100 qramının enerji dəyəri 437 kkal olur.

Xurmanı meyvə qurusu ilə də əvəzləmək olar. Amma bu zaman onun kaloriliyi 282,1 kkal-a qədər enəcək.

Snikers – protein batonları

OLYMPUS DIGITAL CAMERA

SNİCKERS – dadlı və yüksk kalorili batondur. Bu şirniyyatın 100 qramında 491 kkal enerji olur. Bundan başqa, snikers yağ (23,9 q.) və kapbohidratla da zəngindir (59,2 q.).

Bu ərzağın alternativ əvəzləyicisi protein batonlarıdır. Bu, sağlam və fəal həyat tərzi keçirməyə üstünlük verən insanlar üçün ideal qəlyanaltıdır. Belə məhsulun assortimenti xeyli genişdir, amma daha populyarı azkalorili batoncuqlardır. Onların tərkibində kimyəvi maddələr olmur.

Müxtəlif istehsalçıların təklif etdiyi batoncuqların kaloriliyi 135-286 kkal arasında dəyişir. Bəzi ticarət markalı istehsalçılar daha yüksək kalorili (360-513 kkal) məhsul təklif edirlər.

Hazırladı: Mirzə AĞ










loading...


Fikrinizi bildirin