“Neftçi”nin oyunu yarımçıq dayandırılıb

Dərc olunub: 26/06/2019 - 20:50

525d139fb01bacbBakının “Neftçi” klubunun Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ikinci oyunu yarımçıq qalıb.

APA-nın məlumatına görə, “ağ-qaralar” Rumıniyanın “Politexnika” (İaşi) klubu ilə üz-üzə gəlib.

Lakin oyun cəmi 11 dəqiqə sürüb. Görüşün keçirildiyi “Fənərbağça Topuk Yaylası Resort and Sport” otelinin meydanındakı qarşılaşmanı davam etdirmək mümkün olmayıb. Buna güclü duman səbəb olub.

Qeyd edək ki, “Neftçi” ilk yoxlama oyununda Rusiya təmsilçisi “OİK-Xabarovsk”a 3:1 hesabı ilə qalib gəlib.








loading...


Fikrinizi bildirin