3 ilə 33 milyon dəfə izlənən videorolik – Rekord vurdu

Dərc olunub: 27/06/2019 - 00:05

originalÜç il bundan əvvəl «YouTube»-də Oş vilayətindən olan Erlan İlyazov və Kanat Şərifbekov adlı fəalların lentə aldığı bir rolik yer alıb.

Süjetə görə, kişi öz arvadının «sədaqət»ini belə yoxlamaq qərarına gəlir. O, qeyd yazdığı kağız parçasını qadın üçün stolun üstünə qoyur, özü isə arvadının reaksiyasını müşahidə etmək üçün çarpayının altında «gizlənir». Kağız parçasında bu sözlər yazılıbmış: «Daha səninlə yaşamaq istəmirəm və boşanıram…»

Kağızı görən qadın ona nə isə yazır, sonra isə telefonla zəng edir: «Salam, əzizim! Təsəvvür elə, o getdi… Nə üçün mən ona ərə getdiyimi anlamıram. Ancaq hər şey arxada qaldı, indi mənim üçün sən varsan. Tezliklə gələcəm» – deyir və geyinərək gedir.

Bundan sonra ər karıxmış halda kağız parçasını cırmaq istəyir, amma arvadının yazdıqlarını görüb, dayanır: «Sənin ayaqların krovatın altından «göz oxşayır». Mən, çörək almağa getim».

Üç il ərzində bu rolik 33 milyon dəfə izlənib.

AzPolitika.info








loading...


Fikrinizi bildirin