7 nəfər boğulmaqdan xilas edilib

Dərc olunub: 26/06/2019 - 23:46

su bogulmaAzərbaycanın müxtəlif ərazilərində yerləşən çimərlik və qeyri-çimərlik ərazilərdə boğulma hadisələri qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Corat, Zuğulba-3, Qızılqum və Mingəçevir sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib.








loading...


Fikrinizi bildirin