“ABŞ raketləri Rusiya yaxınlığına yerləşdirilsə…” – Moskva nüvə qarşıdurmasıyla hədələyir!

Dərc olunub: 27/06/2019 - 00:10

kreml-1Amerika Birləşmiş Ştatlarının (ABŞ) raket sistemlərinin Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsi planı Karib böhranına bərabər nüvə qarşıdurmasına gətirib çıxara bilər. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabova istinadla, bu barədə «The Sun» nəşri yazıb.

«Biz, sadəcə 1980-cı il böhranına yox, Karib raket böhranına yaxın situasiyaya gələ bilərik» – deyə, diplomat qeyd edib.

Rusiya lideri Vladimir Putin cari ilin fevralında oxşar xəbərdarlıqla çıxış etmişdi və ABŞ prezidenti Donald Trampın bir müddət əvvəl orta və qısa mənzilli raketlərin ləğvi müqaviləsindən (OQMRL) çıxmaq barədəki qərarını tənqid etmişdi. O zaman Putin bəyan etmişdi ki, Moskva öz sərhədləri yazınlığında ABŞ-ın nüvə raketlərinin yerləşdirilməsi istiqamətindəki istənilən addımına birbaşa Birləşmiş Ştatların yaxınlığında öz raketlərini yerləşdirməklə cavab verəcək.

Nəşr xatırladır ki, Karib böhranı 1962-ci ildə qızışıb. O zaman Sovet İttifaqı ABŞ raketlərinin Türkiyə ərazisində yerləşdiriməsinə çavab olaraq, özünün ballistik raketlərini Kubaya göndərmişdi, «Kuba isə ABŞ sahilləindən cəmi bir neçə mil məsafədə yerləşir».

Məhz bu hadisə iki həftəlik gərgin qarşıdurmaya səbəb olmuşdu və dünyanı nüvə müharibəsi astanasına gətirib çıxarmışdı.

AzPolitika.info








loading...


Fikrinizi bildirin