"Ordunun yaradılması ADR-in ən vacib qərarı idi" - Səfir

"Ötən il 100 illiyini qeyd etdiyimiz ordunun yaradılması 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının birinci və mən deyərdim, ən əhəmiyyətli qərarı olub".

"Report"un Rusiya bürosu xəbər verir ki, bu fikirləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səfirliyin Moskvada 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təntənəli qəbulda deyib.

"Təəssüf ki, Azərbaycan Demokratik Respublikası az vaxt yaşadı. ADR iki il sonra süquta uğradı və Azərbaycanın dövlət müstəqilliyini yalnız 1991-ci ildə bərpa etdi. Müstəqilliyin birinci illəri ölkəmiz üçün çox ağır idi. Azərbaycan böyük problemlərlə rastlaşdı - iqtisadi tənəzzüllə, böhranla. Hakimiyyət uğrunda mübarizə vəziyyəti daha da ağırlaşdırırdı", - deyə səfir bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar