"Türkiyə S-400-ləri aldığı təqdirdə..." - Pentaqondan növbəti xəbərdarlıq

Türkiyə Rusiyadan S-400 komplekslərini aldığı təqdirdə ABŞ-ın F-35 qırıcı təyyarələrinə sahib ola bilməyəcək.

Trend-in məlumatına görə, Pentaqonun nümayəndəsi Conatan Hoffman bildirib ki, bu sözləri ABŞ müdafiə naziri vəzifəsini icra edən Mark Esper Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə görüşdə deyib.

Nümayəndə qeyd edib: "Liderlər arasında səmimi söhbət olub. Söhbət zamanı M.Esper bir daha təkrar edib ki, Türkiyənin Rusiyadan S-400 raket sistemlərini alması F-35 proqramına ziddiyyətlidir və Türkiyəyə həm S-400-ü, həm də F-35-ləri əldə etmək imkanı verilməyəcək".

Onun sözlərinə görə, tərəflər, həmçinin Suriya, regional stabillik məsələlərini və ikitərəfli münasibətləri müzakirə ediblər.

635x100

Şərhlər

Türk 2019-06-27 09:36:03

Mən başa düşə bilmirəm ki,bu ABŞ kimdir ki,Türkiyənin işlərinə qarışır.Türkiyə sıradan bir dölət deyil,o böyük Türk Cümhiriyyətidir. ABŞ gedib öz işi ilə məşğul olsa daha yaxşı olar.Hara gəldi burnunu soxmasa yaxşı olar.Bütün dünya artıq ABŞ və NATO-nun əlindən və onun başı boş rəhbərlərindən bezib.

Son yazılar