Rusiyada həbs olunan azərbaycanlının məhkəməsi başlayır

Külli miqdarda dələduzluqda təqsirləndirilən Abbasov Altay Əhliman oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, A.Abbasov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, A.Abbasov 3 nəfərə qarşı külli miqdarda dələduzluqda ittiham edilib. O, istintaqdan yayınaraq ölkədən qaçıb. Azərbaycan onu “İnterpol” xətti ilə axtarışa verib.

Daha sonra 51 yaşlı Altay Abbasov Rusiyada saxlanılıb və Azərbaycana ekstradisiya olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar