“Azneft”in müəssisəsinə yeni rəis təyin edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsinə yeni idarə rəisi təyin olunub.

“Report” xəbər verir ki, bu barədə “Azneft”in sosial şəbəkədəki rəsmi səhifəsində qeyd edilib.

Məlumata görə, “Azneft” İstehsalat Birliyinin Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsinə “Bibiheybətneft” NQÇİ-nin baş mühəndisi Cavanşir Allahverdiyev təyin olunub.

O, idarənin kollektivinə təqdim olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar