“Deputatların pensiyası artırılmalıdır” - Fəzail Ağamalı

Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında pensiyada olan deputatların pensiyasının artırılmasını təklif edib.

"Report"un xəbərinə görə, o deyib ki, sabiq deputatlar ona müraciət ünvanlayıblar.

“Sabiq deputatlar mənə müraciət ediblər ki, Milli Məclisdə pensiya məsələsinə baxılsın. Onlar pensiyanın məbləğindən narazılıq edirlər”, deyə o vurğulayıb.

Deputat dövlət qurumlarına müraciət edərək bu məsələyə baxılmasını xahiş edib.

Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli isə deyib ki, bu məsələ gündəmdədir, pensiyanın artırılması nəzərdə tutulur.

 

635x100

Şərhlər

Həbib 2019-06-27 12:33:41

Bərəkkallah!

Ehtiram 2019-06-27 12:33:41

F.Ağamalının təklifindən görünür ki, deputatlar xalq tərəfindən seçilməyib.Əgər onlar xalq tərəfindən seçilsələr xalqın problemlərindən danışarlar.Mən ikinci qrup əlilıəm və xərçəng xəstəsiyəm.Aldığım pensiya 253 manatdır.Onunda 95 manatını hər ay kretitə tuturlar.Müalicə üçün 32 ayliq 2100 manat kredit götürmüşəm.o da qurtarıb.İndi borc axtarıram müalicəyə getmək üçün.Hamıya bəllidir ki,MOM-də bütün müalicələr pulludur.F.Ağamalı bundan danışsa yaxşı olar.

Fəzail Ağamalıya 2019-06-27 12:33:41

Fəzail bəy, Siz təkliflərinizi verəndə düşüb verirsiniz,yoxsa milləti ələ salırsınız? Əvvəlcə bir düşünə bilirmisiniz ki, deputatların maaşı layiq olmadıqları qədər artırılıb.BUnun müqabilində hələ pensiyalarının miqdarından xəbəriniz varmı? Əslində yüksək deputat maşı alanlara pensiya niyə verilməlidir? 50-60 il iş stajı olanlara cəmi 230-260 manat pensiya verdiyiniz halda ( onlar başqa gəlirə malik deyillər)6-7 min manat maaş alan "deputat" niyə əlavə pensiya da almalıdır?Bunu bir düşünün!

Analitik 2019-06-27 12:33:41

Burda deyibler: "Utanmasan oynamaga ne vardi ki"... Bu da teze bir "variant"di, "õz maaşimizi artirin", indi de "pensiyamizi"..! Minimal ve orta emekhaqqlarinin qaldirilmasini sese qoymaga bele can çekirler, başlayiblar ozlerini duşunmeye!.. Gurcustanda elementar bir meseleden spikeri hedefe goturduler, (xalqin qeydine qalmaq evezine) bizim deputatlarin "ideyalari"na bax..)) Day ele birdefelik desinler ki, MM artiq õz imtiyazlarimiza ve qiymet qalximlarina xidmet elemek "usulu"na keçib de!

Son yazılar