“Son hadisələr Gürcüstan iqtisadiyyatına mənfi təsir göstərib” - Baxtadze

“Son günlər Gürcüstanda baş verən hadisələr ölkə iqtisadiyyatına mənfi təsir göstərib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze keçirdiyi xüsusi brifinqdə bildirib.

O, milli valyuta olan larinin dəyərdən düşməsini də son proseslərlə əlaqələndirib.

Hökumət başçısı Gürcüstanın sabit inkişaf etdiyini bildirib: “Eyni zamanda iqtisadi dayanıqlığı müəyyən edən hər bir fundamental faktor kifayət qədər yaxşıdır. Gürcüstanın makroiqtisadi göstəriciləri kifayət qədər sağlamdır”.

M.Baxtadze problemlərin həlli üçün daha fəal işin aparılması və hökumət proqramının effektiv həyata keçirilməsinin vacib olduğunu qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar