“Topaz”ı soydular

“Topaz” mərc oyunları klubundan pul oğurlayanlar tutulub.

Bakı Şəhər BPİ-dən "Qafqazinfo"ya verilən məlumata görə, iyulun 15-nə keçən gecə Sumqayıt şəhər sakini Xəqani Məmmədova məxsus Bakıxanov küçəsində yerləşən mağazadan qapını sındırma yolu ilə noutbuk və 333 manat oğurlanıb. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağdaş rayon sakini Fərid Rəhimov tutulub. Araşdırma zamanı o, Gəncə şəhər sakini Pərviz Niyazovla birlikdə Səbail rayonu Əfəndiyev küçəsində “Topaz” mərc oyunları klubundan pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə 522 manat oğurladığını etiraf edib. Suraxanı RPİ CAŞ və 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Elxan Zərbəliyev tutulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar