ƏLİ KƏRİMLİ SƏRBƏST BURAXILIB - AXCP sədrinə xəbərdarlıq olunub

Bu gün Müsavat Partiyasının qərargahından çıxarkən saxlanılan AXCP sədri Əli Kərimli bu dəqiqələrdə sərbəst buraxılıb.

Ə.Kərimli Binəqədi Polis İdarəsinin qarşısında qısa açıqlama verib, bildirib ki, ona xəbərdarlıq ediblər. AXCP sədri bildirib ki, heç bir qanunsuzluğa yol verməyiblər.

***

AXCP sədri Əli Kərimli bu gün polis tərəfindən saxlanılıb.

“AzPolitika.info”-nun məlumatına görə, Ə.Kərimli Müsavat partiyasının qərargahında məhkəmə qərarı ilə cərimə olunmuş müxalifətçilərə yardım marafonuna qatılmaq üçün Müsavat Partiyasının qərargahına gəlib, aksiyada iştirak edib və burdan çıxarkən saxlanılıb. Polis onu süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərməkdə ittiham edib.

AXCP sədrinin hazırda Binəqədi Polis İdarəsində və ya Binəqədi Məhkəməsində olduğu ehtimal olunur.

AXCP-nin rəhbərləri və üzvləri hazırda Binəqədi Polis İdarəsinin qarşısındadırlar. Cəbhəçilərlə polis arasında gərginlik hökm sürür. Polis partiya üzvlərini ərazidən uzaqlaşdırmağa çalışır.

Digər məlumata görə, polis əməkdaşları həmçinin Müsavat partiyasının qərargahına daxil olaraq marafonu dayandırıblar.

635x100

Şərhlər

AXC üzvü 2019-06-28 14:52:35

Əgər bir şəxs cinayt tərkibli əməl etməyibsə o zaman onu haqsız yerə həbs edən qurumun göstəriş verəni və icraçısı cəzalanmalıdırlar.Bunu qanun tələb edir.Yox əgər bun hətta həbs edilən şəxs tələb etmirsə.o zaman bu əməlin reytinq xatirinə təşkil edildiyini düşünməyə tam əsas vardır.BU isə Əli Kərimli ilə birinci hadisə deyil! Bu isə torbada pişik olduğundan, yəni iqtidar-"müxalifət" əlaqələrindən xəbər verir

Ejder beye 2019-06-28 14:52:35

Ejder bey yazdiqiniz komete gore cooox saq olun. Haminin fikrini cox gozel ifade etmisiniz. Basini pambiqin icine soxan develer hec neyi gormurler! Onlar ele zenn edirler ki, etraf muhutun de gozu baqlidir?! Axsam caqi yaxsica gulduk. Saq olun.

Veten dasina 2019-06-28 14:52:35

. Niye subhe edirsiz ki, dunyanin hec yerinde bele iqtidar- muxalifet munasibeti yoxdur. Hakimiyyet ele birinci gunden ANALOQSUZ olduqunu ozu tesdiq edir. O ki, qaldi Marafonu. dayandirmaqa... Ne vaxta qeder???

veten dashi 2019-06-28 14:52:35

Bele iqtidar-muxalifet munasibeti dunyanin hec bir yerinde yoxdu.Butun televiziyalar medh soylemeknen meshquldur.Niye muxalif fikre bir yer vermirsiz ey kole televiziyalar.... ....Xalqa layiq olduqunu vermek evezine bir gun bunu bir gun o birisini tutub shou gosterirsiz.Insan gerek bu az omru sheref ve leyaqetle yashasin....

Fakt! 2019-06-28 14:52:35

Əli Kərimli dilemması maraqlı deyilmi? AXC-nin bir çox fəalları həbslərdə qaldığı halda uzun illərdir Əli Kərimovun azadlıqda qalması,ara bir belə tutub-uraxma hallarının nəyi təsdiq etdiyi qaranlıq deyilmi.Hakimiyyət istədiyi vaxt,Əli Kərimlinin kəndirini açır (xaricdə telekanal açan Məmmədov kimi),iqtidr əleyhinə çıxışlara razılıq verir.Çünki hesabat üçün istifadə edilir ki, bizdə də müxalifət var.(mitinqlərə icazə verilir, Əli Kərimli pafoslu çıxışlar eoir ) Bəzi,həqiqi müxalifətçilər həbs olunur.Fakt !

dadaşyev 2019-06-28 14:52:35

Fransa sarıjiletlilərinin etirazları mərkəzi Avropanı bürüdükdən sonra şərqi Avropaya da keçdi.Çexlər yaman mitinq edirlər.Ukrayna davamlı mitinqdədi.Budur,artıq Gürcüstan qarışmaqdadı.Və dünən gürcülər öz daxili işlər nazirlərinə əllərində tutduqları sarı kartları göstərirdilər.O da elan etdi ki,hələ istefa etmək fikri yoxdur.Ona görə də təbii ki,hadisələrin sonrasında o kartları artıq sarı jiletlər əvəz edəcək.Hesab etsək ki gürcülər qonşumuzdu,asayiş keşikçilərimizin bu sayıqlığını anlamaq olar.

EJDER 2019-06-28 14:52:35

EWWI,BURAXMAYIN ONU 2 MILYONLUQ SAAT ONUNDUR,HAL WAHIDLERI ...IRELI...HA HA HA ...POLIS GUCLENDIRILMIW IW BAWINDA...MALADES

miri 2019-06-28 14:52:35

Mən AXCP üzvü deyiləm. Amma hakimiyyətin bu yanaşması çox pisdir, qinayiram.

Son yazılar