25 İLLİK “ZEYNALOV ERASI” SONA ÇATIR! – Dövlət Yol Polisində ciddi dəyişikliklər olacaq!

Azərbaycanın ən korrupsiyalaşmış dövlət qurumlarının siyahısında illərdir ön sıralarda duran Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ), nəhayət, ciddi dəyişikliklər gözlənilir.

“AzPolitika.info”-ya mötəbər mənbələrdən daxil olan məlumata görə, 25 ildən artıqdır - 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsini tutan general-mayor Ramiz Zeynalovun, həmçinin 9 ildir Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi vəzifəsində işləyən polkovnik Nuşirəvan Səfərovun istefaya göndəriləcəkləri gözlənilir.

“Yeni Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu şəxslərlə işləmək istəyəcəyi ehtimalı demək olar ki, yoxdur”, - məlumatlı mötəbər mənbə “AzPolitika”-ya bildirib.

Məsələ ondadır ki, həm Ramiz Zeynalov, həm də Nuşirəvan Səfərov “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də nəzərdə tutulan xidmətkeçmənin son yaş həddini tamamlayıblar. Bu Əsasnamənin 8-ci fəslində (“Daxili işlər orqanlarında xidmətdən xaric edilmənin əsasları” adlanır-red.) polkovnik rütbəsində xidmətkeçmə 55+5 yaş, general-mayor rütbəsində isə 60+5 yaş müəyyən olunub. 1951-ci il təvəllüdlü və 68 yaşlı Ramiz Zeynalov bu yaş limitini artıqlamasilə doldurub, hətta belə demək olar ki, o, son 3 ildə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsini qanuna zidd şəkildə tutub. Polkovnik rütbəsində olan Nuşirəvan Səfərovun isə təxminən 10 gündən sonra – iyulun 7-də 60 yaşı tamam olacaq. Bundan sonra ya ona general-mayor rütbəsini verib, daha yüksək vəzifəyə keçirməklə xidmət müddətini 5 ilədək artırmalı, ya da qanunun birmənalı tələbinə əməl edərək təqaüdə göndərməlidirlər. Yəni istənilən halda həm Baş Dövlət Yol Polisi İdarəsinin, həm də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyində dəyişiklik baş verməlidir – qanun belə tələb edir.

Əslində qanunun birmənalı tələbindən sonra DYP rəhbərliyində dəyişiklikləri zəruri edən digər səbəblər haqda danışmamaq da olar, amma belə səbəblər də yetərincədir. Onlardan üçünə nəzər salaq.

Əvvəla, məhz bu rəhbərliyin zamanında DYP ictimai rəydəki nüfuzunu sonadək xərcləyib, ölkənin ən nüfuzsuz və korrupsiyalaşmış dövlət qurumlarından biri kimi ad çıxarıb. Bu orqanda rüşvət ən adi həyat normasına çevrilib - vəziyyət o həddə çatıb ki, radikal dəyişikliklər olmasa, cəmiyyətin DYP-yə münasibətini müsbətə doğru dəyişmək faktiki olaraq mümkünsüz hala gəlib. Belə olduqda DYP-nin rəhbərliyini dəyişmədən yeni nazirin təyinatdan dərhal sonra elan etdiyi polisi insanların güvənc yerinə çevirmək proritetinin də həyata keçməsi çətin məsələ olar.

İkincisi, Ramiz Zeynalov 25 illik stajla çox böyük ehtimalla hazırda Azərbaycanda fasiləsiz eyni vəzifəni tutan ən uzunömürlü məmurdur. Əgər ölkədə 25 illik Daxili İşlər nazirini dəyişmək zərurəti hiss edilirsə, 25 illik BDYP rəisinin qanuna zidd şəkildə bu vəzifədə saxlanacağını düşünmək heç bir məntiqə sığmır.

Üçüncüsü, məlumatlı mənbələrin dediyinə görə, Vilayət Eyvazovla Ramiz Zeynalovun şəxsi münasibətlərində də, yumşaq desək, müəyyən problemlər olub. Bu səbəbdən R.Zeynalovun sərt xarakterli yeni nazirin komandasında qala bilmək şansı çox aşağı qiymətləndirilir. Bu faktorun R.Zeynalovun ən yaxın adamlarından biri hesab olunan, bu yaxınlığa görə bəzən hətta bəzi yuxarı instansiyalarla hesablaşmamaq xəttini tutmaqdan çəkinməyən N.Səfərovun da bundan sonrakı taleyinə ciddi təsir göstərəcəyi şübhə doğurmur.

Fikrimizcə, bütün bunlar deməyə əsas verir ki, DYP-də Ramiz Zeynalov erasının bitməsinə çox az qalıb.

Nəhayət, bu qurumun irili-xırdalı korrupsionerlərdən, nömrə, sürücülük vəsiqəsi alverçilərindən, dövlət idarəsini bazara çevirmək hesabına poqonlu oliqarxa çevrilənlərdən, qısası, mafioz qruplaşmalardan təmizlənəcəyinə çox böyük inam yaranıb. Gürcüstan tipli sivil, rüşvətdən uzaq, məqsədi həqiqətən də yol hərəkətinin tənzimlənməsi olan və cəmiyyətin rəğbətlə yanaşdığı DYP sisteminin sil-başdan yaradılmasının vaxtı çoxdan çatıb.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Lətif 2019-06-29 15:20:09

Arayan olsa,gör bunların altından neçə milyonlar çıxacaqNiyə bu illər ərzində onlara nəzarət edən olmayıb? .... Yxsa20-30 il bu boyda rüşvət yuvası salamat qala bilməzdi.!

kohne 2019-06-29 15:20:09

Yeni era başladi.Zeynalova erasi.

bunlardan bezen 2019-06-29 15:20:09

Narahat olmayin! her ikisine qeneralissimus rutbesi verilecek ve omurluk ishleyeceklaer!!Guya bu reisleri chixarib,yerlerine kimleri qoyacaqlar ki? Hemin qazandan oloan bashqalarini.Eger Ramil Ususbovun Eyvazovla evezlenmesinden polisde ciddi islahatlar gozleyirsinizse yanilirsiniz.Шило на мыло.vessalam

Namiq 2019-06-29 15:20:09

Nomre verilen yerde bir insafli adam variydi oda Novruz Hesenov iydi, onunda torbasini Muwviq tikdi. Qaldi ki, Azer ve Afiyeddin birliyine onlar mawennikdiler. Son 2-ilde milyonlar yigdilar Allah belalarini versin, nece qazaniblar elede gedecek inwaallah. Allahdan arzu edirem nece ki, Muwviqin .....elede Sizinkiler olacaq Ay Azer, Afiyeddin. Cox xahiw edirem Azpolitika sayti bir yoluvuzu meyveliden salin gorun bunlarin oyunlarini. Az Qalib cenab V.Eyvazov bunlarin evlerini bawlarina ucurdacaq inwaallah.

senani 2019-06-29 15:20:09

Buna el arasında "Üzəngi parildatmaq"deyirlər

Namiqə cavab 2019-06-29 15:20:09

Eyvazovun da həmin mətbəxin üzvü olduğunu xatırla.

Mubariz 2019-06-29 15:20:09

Men DYP-nin meyveli gomruyunde yerleshen nomre verilen bolmesinde oldum gordum, ki daha evvel 200 Azne avtomobili ada kecirirdiler dunen Menen 400 Azn aldilar, hansi ki, onun rusumu 20-30 Azndi. Yeqin, R.Zeynalov gedir ona gore yigir. Meyvelide Oturan DYP ishcileri insanlarin bashina olmazin oyununu acirlar. Her yerde Pul isteyirler. Avtomobile baxmaq, Erize yazmaq Her shey puldu. Azer Afiyeddinin ustune gonderir gorur Pul az verirler oda gonderir Respublikanskiye, qacdi-tutdu oynayirlar. Olmaz bele.

Sabir 2019-06-29 15:20:09

Əvvəllər pravanı 800-1000 manata satırdılar. İndi görəsən neçiyədir?

KRESLODA ÖLMƏK UĞRUNSA MÜBARİZƏ: 2019-06-29 15:20:09

... VƏ YAXUD .....AZAD AZƏRBAYCANDA DOMİNATLIĞI-HÖKMRANLIĞI HÖKM SÜRÜR!!!

rabiteçi 2019-06-29 15:20:09

Keş bele deyişikler emlakda baş vereydi yoxsa kerəmin adamları biz rabiteçileri küçeye atmaqla öyünürler bir sözle camaatın sözü yalan olmaz bu gün rabiteni kərəm idarə edir elinin eli ilə.

Müfəttiş 2019-06-29 15:20:09

Darıxmayın, cox tezliklə R.Usubovun və R.Zeynalovun dünyasını dəyişənlərinə rəhmət oxuyacağıq....

Rəhim 2019-06-29 15:20:09

Ümumiyyətlə bir şəxsin nazirvə digər yüksək vəzifələri 15-30 il zəbt etməsi anormal haldır Əfsus ki, bu da Azərbaycanda mövcuddur.Bunun bir çox hüquqi,əsaslı,sübuta yetmiş səbələri hamıya bəllidir.Bu yalnız qeyri-qanuni glirlərin bölüşdürülməsinə,qeyri-qanuni əməllrin yerinə yetirilməsinə,qohumbazlığa və bir çox neqativ halların baş verməsinə çərait yaradır.DYP-dəki uzun illərin özbaşınalığı bəlli olduğu halda ölçü götürülməyib.Bir də idarəçiliyə cəlb olunan kadrların bölgə tərkibinə diqqət etmək vacibdir.

Türk 2019-06-29 15:20:09

Qanunla rüşvət almaq olmaz,ancaq alırlar.Deməli hər şey mümkündür.

mammed 2019-06-29 15:20:09

Gedecekler 25 ilde yigdiqlari millyardlari xercleib sultan heyati surmeye.Analoqu olmayan olke.

Son yazılar