Abşeronda ana və qızını maşın vurub

Abşeron rayonu Xırdalan şəhərində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat baş verib.

"Report"un məlumatına görə, Xırdalan şəhəri, H.Əliyev küçəsi 26, ev 1, mənzil 25 ünvanında yaşayan 1987-cil təvəllüdlü Baloğlanova Könül Mahmud qızı və 2012-ci il təvəllüdlü övladı Baloğlanlı Aylin Emin qızı yolu keçmək istəyərkən onları maşın vurub.

Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. K.Baloğlanovaya sol baldır sümüyünün sınığı, qızı A.Baloğlanlıya isə bədəninin küt travması diaqnozu qoyulub. Onlar Reanimasiya şöbəsinə yerləşdiriliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar