Şəmkirdə yük maşını minik avtomobili ilə toqquşub

Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində yük və minik avtomobilləri toqquşub."Report"un Qərb Mərkəzinin məlumatına görə, əraziyə "təcili yardım" briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlaran birinin vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar