“200 MİLYARD DOLLARLIQ SƏRVƏTİ VAR…” – "ABŞ sanksiyaları Xameneini də əhatə edəcək"

Xəbər verildiyi kimi bu günlərdə ABŞ İrana qarşı növbəti sanksiyalar paketini qəbul edib və bu sanksiyalar ilk dəfə Ali dini lider ayətullah Xameneyini də əhatə edəcək. Belə görünür ki, Ali dini liderin hədəfə alınması Tehranda daha çox narahatlıq doğurub. Çünki Xameneyi yüz milyardlarla dollarlıq aktivlərə nəzarət edir və sanksiyalar onun xaricdəki aktivlərini, bank hesablarını iflic edə bilər.

ABŞ-da yaşayan və milliyətcə azərbaycanlı olan müxalif iranlı jurnalist Əhməd Haşimi “Amerikanın səsi”nə müsahibəsində deyib ki, Ali dini liderin də hədəfə alındığı son sanksiyalar Tehran rejimi üçün ciddi zərbədir.

“Bilirik ki, Xameneyi bölgədə ən zəngin adamlardan biridir. Nə qədər özünü şəxsi həyatında çox sadə göstərsə, ictimaiyyət arasında sadə geyimdə çıxsa da biz bilirik ki, İranda şəffaflıq yoxdur, amma fərqli təxminlərə görə, xüsusilə də “Reuters” xəbər agentliyinin bir hesabatına görə, əslində onun 200 milyard dollarlıq sərvəti var. Bu belə hesablanıb ki, onun nəzarətində olan və heç kəsə hesabatlı olmayan müəssisələr, qurumlar var. 20-yə qədər qurum və təşkilat var ki, birbaşa Xameneyinin nəzarəti altındadır və bütün zənginliklər onun nəzarəti altındadır”, - Haşimi deyib.

Əhməd Haşimi İranın ali dini rəhbərinin hesablarındakı maliyyənin müxtəlif mənbələri olduğunu bildirib.

“Amma Xameneyinin sərvətinin qaynaqları sadəcə bununla məhdudlaşmır. Çox fərqli 20 təşkilat var və onlar iqtisadiyyatda fəaldır, ticarətdə, alış-verişdə. Biz bilirik ki, İran iqtisadiyyatının demək olar ki, 95 faizi dövlətə və dövlətə bağlı qurumlara məxsusdur. Buna görə də bütün bu maliyyə tranzaksiyaları birbaşa, ya da dolayısı ilə Xameneyinin gəlirlərini təşkil edir”, - o deyib.

Əhməd Haşimi ABŞ-ın son sanksiyalarının İranın onsuz da tənəzzüldə olan iqtisadiyyatının daha da zəifləməsinə və bunun nəticəsində Tehran rejiminin "süquta uğramasına səbəb ola biləcəyini" bildirib.

635x100

Şərhlər

avam şofer 2019-06-29 19:24:16

Bu məqalənin azərbaycan oxucusu üçün heç bir mənası yoxdur.Biz belə şeylərdən bətərini illərdir görürük və bilirik.

avam ŞOFERƏ 2019-06-29 19:24:16

bUNLAR İKİSİ Də bir ....Söhbət ondan gedir ki,din pərdəsi altında olan bu "adamlar" min ildir ki,insanları bu günkü kimi aldadıb,allahşükürlük edirlər.Ona görə də biz xristian aləmindən on illər geri qalmışıq.Bu həqiqəti dərk edənlər olublar gafur.Güyamış bunlar Allahı dərk edirlər.Gecələr Allah bunlarla danışır.Görün bu dindoşlar nə pəstəhədən çıxırlar.Necəsini mən tanıyıram-fırıldağın yekəsidirlər.Adamları elə şantaj edirlər ki,hamı onlara inanır.Hələ ayilmamışıq.Yat bala...

mubariz 2019-06-29 19:24:16

Dogrudan Tramp axmaq sefeh ve qumarbazdi!!!Şinzo Abenin getirdiyi mektubu melum yere qoyduqdan sonra Kuşnerin qayinatasi esebileşib.Ywni insanlar o derecede sadelohv ve ya nadandirlar bele feyke inansinlar.

Son yazılar