«Biz, Baltikyanıya uzun müddətə gəldik» - Britaniyanın müdafiə naziri

Litvanın Klaypeda şəhərinə gələn Böyük Britaniyanın müdafiə naziri Penni Mordont bəyan edib ki, London «Rusiyanın qarşısını alman üçün» Baltikyanıda hərbi iştirakını artırmaq imkanlarına baxır. Bu barədə «BNS» agentliyi xəbər verib.

«Birləşmiş Krallığın siyasi doktrinası bundan ibarətdir ki, biz, buradayıq, uzun müddət burada olmaq və çox şeylər etmək niyyətindəyik» - deyə, xanım Mordont təsdiqləyib.

O, Böyük Britaniynın 100 il ərzində bölgədə keçirilən ən nəhəng « Baltic Protector» hərbi təlimlərinə baş çəkib və bildirib ki, «müttəfiqlər tam hazır vəziyyətdədirlər.

«Biz, hazırlıq və birlik nümayiş etdiririk. Rusiya getdikcə daha «qətiyyətli» olur - biz görürük ki, o, bölgədə daha çox silahlı qüvvə və yeni silah yerləşdirir. Biz həm də anlayırıq ki, gələcəkdə hansı ssenarilər yarana bilər» - deyə, Penni Mordont mətbuat kofransında qeyd edib.

«Bu təlimlər zamanı biz, son 100 ildə Baltikyanıda Krallıq silahlı qüvvələrinin nəhəng qruplarının dislokasiya olunduğunu müşahidə edirik. Bu, bizim uyğunlaşma qabiliyyətimizi, 10 mindən artıq insanın bütün mümkün missiya ilə (avtonom və ya NATO əməliyyatlarında) dislokasiya olunmaq qabiliyyətmizi yaxşılaşdırır» - deyə, britaniyalı nazir əlavə edib.

Penni Mordon Klaypedada Baltikyanı və Şimali Avropa ölkələrinin müdafiə nazirləri və silahlı qüvvələrin baş komandanları ilə görüşüb. Bu qüvvələr may ayından başlayaraq, Baltikyanıda təlimlər keçirir. Təlimlərdə 3000 nəfər hərbi qulluqçu və 17 gəmi iştirak edir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar