Gürcüstanın sabiq spikeri ölkəsindəki son vəziyyəti şərh edib

"Rusiya Dumasının Abxaziyada bizə qarşı vuruşmuş, qondarma Abxaziya və Cənubi Osetiya respublikalarının müstəqilliyinin tanınmasına səs vermiş üzvünün Gürcüstan parlamentinə daxil olmasına icazə verilməsi və parlament sədrinin kürsüsündə əyləşməsi utanc idi".

"Avropalı Gürcüstan" partiyasının sədri, Gürcüstan parlamentinin keçmiş spikeri David Bakradze APA-nın yerli bürosuna açıqlamasında belə deyib.

O bildirib ki, adamlar bu hadisəyə dinc nümayiş keçirməklə etiraz etmək istəyiblər: "Lakin hakimiyyətin güc tətbiq edərək müdaxilə göstərməsi Gürcüstandakı vəziyyəti daha da kəskinləşdirdi. Hökumətin dinc nümayişləri qeyri-bərabər güc tətbiq edərək, gözyaşardıcı qaz və rezin güllələr istifadə edərək dağıtmağa çalışmasından sonra cəmiyyətdə etiraz daha da dərinləşdi. Onlarla şəxs yaralandı. Onlardan bəziləri hələ də xəstəxanalarda müalicələrini davam etdirirlər. Bu gün burada toplaşanlar məhz bütün bunlara etiraz edirlər. Biz daxili işlər naziri Giorgi Qaxariyanın dinc insanlara, gənclərə qarşı rezin güllələr istifadə etməsinə görə məsuliyyəti üzərinə götürməsini istəyirik".

Partiya sədri bildirib ki, hökumət proporsional parlament seçkilərinin keçirilməsini, parlament spikerinin istefası tələbini qəbul edib: "Hazırda daxili işlər naziri Georgi Qaxariyanın istefa verməsini tələb edirik".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar