Pentaqon yeni qeyri-nüvə raketləri hazırlayır – Rusiyaya qarşı...

Pentaqon orta və qısa mənzilli raketlər üzrə müqavilənin (OQMRM) dayandırılması vəziyyətinə hazırlıq məqsədilə, yeni qeyri-nüvə raketlərinin hazırlanması istiqamətində işlər aparır. Bu barədə Pentaqonun başçısı vəzifəsini icra edən Mark Esper xəbər verib.

O, qeyd edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) artıq yeni qeyri-nüvə raketlərinin istehsalı üzrə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə başlayıb ki, «istənilən təhdidin öhdəsindən gəlməyə kömək olsun». Esperin sözlərinə görə, alyans həm də Rusiyanın istənilən tipdə qanadlı raketlərinə qarşı raket əleyhinə müdafiə sistemini (RƏM) möhkəmləndirməlidir.

Bundan əvvəl NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans OQMRM-nin fəaliyyətinin dayanması halına müvafiq siyasi və hərbi tədbirlər görəcək. O, izah edib ki, Rusiya özünün «beynəlxalq öhdəliklərini» pozacağı halda, belə tədbirlər alyansın müdafiə potensiyalının effektivliyini saxlamağa xidmət edir.

Xatırladaq ki, cari ilin fevral ayında ABŞ birtərəfli qaydada OQMRM-dən çıxmaq proseduruna başladığını elan edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar