İCRA BAŞÇISI 220 MİNLİK MAŞINI ALASI OLMADI - 52 yaşında universitet bitirib, hərbi xidmətdə olmayıb...

 Kəlbəcər rayon İcra Hakimiyyəti dünəndən gündəm olan bahalı maşın tenderi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Həmin tender elanında adı qeyd olunan sektor müdiri Kazım Zamanov “Yeni Sabah”a açıqlamasında bildirib ki, hələ maşın alınmayıb, sadəcə tender elanı yayılıb:

“Bizə maşın almaq üçün dövlət büdcəsindən 55 min manat vəsait ayrılıb. Sadəcə biz işlənmiş maşın nəzərdə tutmuşduq. Düzdür, tender elanında bu göstərilməyib, amma niyyətimiz o idi ki, bu qiymətə işlənmiş maşın alaq. Bizim o qiymətə maşın almağa nə imkanımız var, heç olsa da, o qiymətə almarıq. Sadəcə, başçı istəyirdi ki, 50-55 minə maşın təklifi olarsa, alınsın. Bu da hökmən tenderdən keçirilməli idi”.

K. Zamanov bildirib ki, elan dərc olunandan sonra böyük səs-küy yaranıb. Buna görə də, bu gün İcra Hakimiyyətində məsləhətləşmə aparıb maşının alınması təxirə salınacaq: “Ehtiyac yoxdur…”

Sektor müdiri maşının hansı niyyətlə alınmasından da danışıb: “Açıq deyirəm ki, 3 ildən artlıqdır başçnın birinci müavininin minik avtomobili yoxdur. Bizim aparatda cəmi 3 maşın var və başqa maşına da ehtiyac var. Başçı onu özünə alıb, köhnə maşını müavinə verəcəkdi. Bizə qanunla 5 maşın norması var. Amma 3 maşınla idarə etməyə məcburuq”.

Rəsmi Vikipediya səhifəsində yazılır ki, Aqil Məmmədov 1 aprel 1960-cı ildə Kəlbəcər rayonu Ağdaban kəndində anadan olub. Ali təhsillidir. 1987-ci il də Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb (52 yaşında?).

O, 1976-cı ilin sentyabr ayında Kəlbəcər rayonundakı "Ağdaban" kolxozunda kolxozçu kimi əmək fəaliyyətinə başlayıb. Sonralar Bakı şəhərində və keçmiş Xanlar (hazırki Göygöl) rayonunda Həmkarlar İttifaqı, Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin sədri, Göygöl rayon İdman idarəsinin rəisi, Göygöl rayonu "Məhsul” İdman Cəmiyyətində məşqçi müəllim, Göygöl şəhər 2 saylı tam orta məktəbində müəllim işləyib.

2006-cı ilin oktyabr ayından Kəlbəcər rayon İcra hakimiyyəti başçısı aparatında çalışır. Əvvəlcə aparatın İctimai təşkilatlar və siyasi partiyalar şöbəsində böyük referent vəzifəsində çalışıb, 2008-2013-cü ildə Kəlbəcər rayon İcra hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib. O, 4 mart 2013-cü il tarixdən isə Kəlbəcər rayon İcra hakimiyyəti başçısı vəzifəsində işləyir. Ailəlidir. 2 övladı var.

Bu icra başçısı ilə bağlı rəsmi tərcümeyi-haldır. Amma internetdə onunla bağlı kifayət qədər maraqlı iddialara da rast gəlmək mümkündür. 

Məsələn, qeyd olunur ki, 1990-98-ci illərdə A. Məmmədov Azərbaycanda fəaliyyət göstərən və o zaman ölkəmizdə geniş yayılan xristian dini sektaların birinin fəal üzvlərindən olub.

Ən maraqlı iddialardan biri isə budur: bədən tərbiyəsi üzrə mütəxəssis olmasına baxmayaraq, icra başçısı sağlamlıq problemlərinə görə hərbi xidmətdə olmayıb.

* * *

Kəlbəcər Rayon İcra Hakimiyyəti qurumun aparatı üçün Mercedess Benz S350 model minik avtomibilinin alınması üçün tender elan edib.

"Yeni Sabah” xəbər verir ki, bununla bağlı İcra Hakimiyyəti rəsmi qəzetlərdə tender elanı yayıb. Bundan sonra məcburi köçkün rayonu olan Kəlbəcərin icra hakimiyyətinin belə bahalı avtomobil almaq niyyəti tənqid olunub.

Sosial şəbəkələrdə qeyd edilib ki, məcburi köçkünlərin böyük əksəriyyətinin ehtiyac içində olduğu bir vaxtda icra başçısının belə maşın alması və bunu elan olaraq yayması doğru deyil.

Qeyd edək ki, sözügedən avtomobilin yeni modelinin satış qiyməti 130 min dollardan (221 min manat) başlayır.

635x100

Şərhlər

kecmiş döyüşcü 2019-07-01 11:34:43

vəsaitini dövlətin xalqın pulunu dagıtmaq onların cox xoşuna gəlir.qacqın rayonların əksər əhalisi o rayonlar barəsində düşünmür və düşünmək belə istəmirlər.cünki görmədikləri günə düşüblər hətta bəziləri qacqınlıqları ilə fəxr edirlər.ona görədə bu rayonların icra başcısının elə avtomobil almaq istəməsi təəccüblü görünməsin hec kimə.dövlətdən hər şey istəmək artıq onların bəzilərinin həyat tərzinə cevrilib. cox təəssüflər olsun.

kecmiş döyüşcü 2019-07-01 11:34:43

əziz həmvətənlər.nədəndi bilmirəm bu işgal altında olan adı bizim özü bizim olmayan rayonların əhalisini və icra başcılarını əksəriyyətini torpaqları qaytarmaq o dərəcədə maraqlandırmır nəinki yaxşı yaşamaq daha böyük vəzifələr tutub təbiiki varlanmaq müxtəlif yollarla dövlətdən daha cox qoparmaq maraqlandırır halbuki bu insanlar azərbaycan ərazisi və onların ata baba yurdu olan bu rayonların qaytarılması öcün hamıdan cox can yandırmalıdırlar. yoxsa bakıda kəncədə oturub olmayan yerləri idarə edib büdcə

X 2019-07-01 11:34:43

Burda ne var ki Lacin RİH nin bascosoda herbo xidmetde olmayib .Cekisi 120 kq var yaziq yeqin buna gpre getmeyib. Bir azdan demiryolda görezeksiz Kebecer icra bascisin TECUBLENMEYİN

Veteran 2019-07-01 11:34:43

Herbi xidmetde olmaq vacib mesele deyil, vacib olan odur ki, "Mercedes" i taniyir

Tural-a 2019-07-01 11:34:43

Kəlbəcər Azərbaycanda varmı ki,hələ onun icra başçısı aparatı evdə oturub 25-30 il havayı maaş alsın? Onlar həmin avtomobilləri Kəlbəcərdə istifadə edirlər,yoxsa öz keyflərinə görə istirahətə, gəzməyə? Axı bu dövlət vəsaitidir!Bunun kimi digər işğalda olan rayonların "icra başçıları" aparatı.Əgər rayonlar azad edilərsə,onlara yeni icra aparatı təşkil etmək o qədər çətin deyil.Azad olunana qədər isə bu rayonların icra aparatları istefaya göndərilməlidir.

Kamil 2019-07-01 11:34:43

Bezpredeldir. Əhali acından ölür. Talançılar daha da quduzlaşırlar.

Kənar adam 2019-07-01 11:34:43

Bunların heç ayılmaq fikri yoxdur.

helime 2019-07-01 11:34:43

Gunortadan sonra gun gorenlerden saxlasin Allah bizleri

Tural 2019-07-01 11:34:43

Yalan məlumatları yayanların nəzərinə çatdırıram ki, bu məsələdən şəxsən xəbərdaram. Kəlbəcər İcra Hakimiyyəti qurumunun aparatı üçün alınacaq avtomobil şəkildə göstərilən 2019-cu il buraxılışlı 221000 manat dəyəri olan Mercedes S350 deyil, 2010-cu il buraxılış modelidir. Bu avtomobilin bazar qiyməti isə 45000-50000 mant arasındadır. Bu alış tenderlə həyata keçirilir. Marağı olan istənilən şəxs həmin tenderdə iştirak edib məlumatın nə dərəcədə doğru olduğuna əmin ola bilər.

Vətəndaş 2019-07-01 11:34:43

Kəlbəcər rayonunu Ermənilər özəlləşdirib,tikib-qurduqları,Kəıbəcər rayon əhalisinin qaçqın qəsəbələridə Bakıda və digər rayonlarda məskunlaşdırldığı və həmin rayonların və çəhərlərin icra başçıları olduğu halda fiktiv olaraq Kəlbəcər İcra hakimiyyətinin torpaqlar azad olunana qədər fəaliyyəti və bunun mənası əhəmiyyətsiz oluğu halda hakimiyyəint belə qurumu saxlamaqda,məsrəf etməkdə məqsədi bəlli deyil.Olmazmı ki,həmin vəsait insanların sosial durumunun düzəlməsinə yönəldilsin? 200 minlik Avtomobil?

Xalig 2019-07-01 11:34:43

hele abirsiz-abirsiz yazirsiz da. Bu.......

edalet 2019-07-01 11:34:43

Prezident ferman verib butun icra bashcilarin XEZER (neftcala) avtomobillerine mindirmelidi

sual 2019-07-01 11:34:43

Kim bilmir ki bu Aqil kimin hesabına oturub Gəncədə İHA kefə baxır. Hələ bu azmış kimi mersedes axtarir. Halbu ki Ağdavan kəndinə hec qaz 69 ıa getmək olmurdu. Yalanmı ya?...Yaman boyu yoğunlayıb. Sahibinə ramən.

Son yazılar