Azərbaycan Avropa Oyunlarını 10-cu yerdə başa vurub - SİYAHI

Minskdə keçirilən II Avropa Oyunları başa çatıb.

"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan millisi Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.

Yarışın son günündə 36 dəst medal sahibini tapıb. Azərbaycan millisi bu gün hesabına 4 medal yazdırıb. Güləşçilərdən İslam Abbasov (87 kq) gümüş, Sabah Şəriəti (130 kq) bürünc medal əldə edib. Karateçi Rafael Ağayevlə (75 kq) Firdovsi Fərzəliyev (60 kq) də "gümüş"lə kifayətlənib.

Beləliklə, Azərbaycan yığması "Minsk 2019"u 10-cu pillədə başa vurub. Ümumilikdə 200 dəst medala 43 ölkə təmsilçisi yiyələnib. Onlardan cəmi 34-ü qızıl medal sevinci yaşaya bilib.

Medal sıralamasına Rusiya başçılıq edir. 4 il əvvəl Bakıda keçirilən ilk Avropa Oyunlarında olduğu kimi yenə şimallılar birinci olub. İkinci yeri isə yenə meydan sahibləri tutublar. Bu dəfə Belarus bu uğura imza atıb. Ukrayna isə ilk “üçlüy”ü qapayıb.

İlk “altılıq”da növbəti yerləri İtaliya, Hollandiya və Almaniya tutub. Daha üç milli - Gürcüstan, Fransa və Böyük Britaniya da Azərbaycan yığması kimi ilk “onluq”da qərarlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar