Gürcüstanda DİN rəhbərinin istefası tələbi ilə növbəti aksiya keçirilir

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında növbəti aksiya keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, sayca onbirinci olan aksiyada az kütləvilik müşahidə olunur.

Aksiyaçılara müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının üzvləri də qoşulub.

Aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.

Eyni tələblə parlament binasının önündə quraşdırılmış çadırlarda 5 aksiyaçı bir həftədən çoxdur aclıq aksiyası keçirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar