Fransada şiddətli istilər minlərlə balığın məhvinə səbəb olub

Fransada şiddətli istilər nəticəsində minlərlə balıq məhv olub."Report"un Fransa bürosu xəbər verir ki, Fransanın Buş-dü-Ron (Bouches-du-Rhone) departamentindəki Bolmon gölündə minlərlə balıq ölərək suyun üzünə və sahilə çıxıb.

Gölün yerləşdiyi Marinyan (Marignane) şəhərinin meri hadisəni təbii fəlakət adlandırıb və bunun Fransada artıq bir neçə gündür davam edən şiddətli istilər nəticəsində baş verdiyini bildirib. Balıqların, həddindən artıq isti keçən havalar səbəbindən suda oksigen çatışmazlığı nəticəsində məhv olduqları güman edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar