Füzuli Ələkbərov da danışdı - "Şərh verməyin mənası yoxdur" 

Prezident yeni hökumətin tərkibini elan etdi və məlum oldu ki, müdafiə naziri Səfər Əbiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, habelə Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov yeni hökumətdə yer almır.

Ölkə başçısının İsmayıllıdakı məlum olaylardan sonra məmurlara bir neçə dəfə xəbərdarlıq etməsi seçkilərdən sonra hökumətin tərkibində dəyişiklik ediləcəyinə bir işarə idi. Mətbuatda da İsmayıllı hadisələrindən sonra əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun hökumətdən kənarlaşdırılacağı deyilirdi. Çünki onun qardaşı Nizami Ələkbərov İsmayıllı hadisələrindən sonra bu rayonun İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılmışdı.

Eks-naziri Füzuli Ələkbərov prezidenin dünənki sərəncamından sonra Modern.az saytına təəssüratlarını bölüşüb. Sabiq nazir prezidentin qərarına hörmətlə yanaşdığını bildirib.

“Suallara şərh verməyin mənası yoxdur. Qərar qəbul olunub. Prezidentin qərarına çox hörmətlə yanaşıram. Mən cənab prezidentə daim sədaqətli olmuşam, bundan sonra da bu siyasi kursa sadiq olacağam. Başqa heç nə deyə bilmərəm”.

Qeyd edək ki, oktyabrın 22-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar