HACI İBRAHİMİN "XƏZƏR ADALARI" ƏLİNDƏN ALINDI - "Dövlətə bağışladım..."

Azərbaycan Beynəlxalq Bankına (ABB) külli miqdarda borcu olduğuna görə, “Avesta Konserni” MMC-nin prezidenti, tanınmış və qalmaqallı iş adamı İbrahim Nehrəmli (İbrahim İbrahimov)

Hacı İbrahim

Bakupost.az məsələ ilə bağlı deputat Kamran Nəbizadə ilə danışıb. K.Nəbizadə Bakupost.az-ın əməkdaşı ilə söhbətinə faktı təsdiqləyib və bildirib ki, "Xəzər adaları" layihəsi həqiqətən də onu baş direktoru olduğu şirkətə verilib. Sitat: "Bəli, xəbər doğrudur, "Xəzər adaları" "Azərbaycan Sənaye Korporasiyasının” balansına verilib. Ancaq mən sizə daha ətraflı məlumat verə bilməyəcəyəm. Əlavə məlumat üçün korporasiyanın mətbuat xidməti ilə əlaqə saxlayın. Mən isə deputat kimi başqa suallarınızı cavablaya bilərəm".

635x100

Şərhlər

dadaşyev 2019-07-01 17:21:11

Məlumdur ki,Kəbənin ətrafında saat əqrəbinin əksi istiqamətində 7 dəfə dövr edərək hacı olurlar bəxtəvərlər.Təklif edirəm ki,bizim bəzi hacı və hacıcıqlar bir də Kəbəyə gedəsi olsalar yedikləri yetim mallarını qaytarıncaya qədər Kəbənin ətrafında saat əqrəbi istiqamətində dövrə vursunlar,silinsin yəni hacılıqları,çünki yetim malı yeyərək hacı olmaq olmaz.

dadaşyev 2019-07-01 17:21:11

Bu fırıldağa 5 milyard ayrılacaqdı,danışılmışdı.15-ci ilin devalvasiyası qoymadı.Neft 150 dollara çatan illərdə belə layihələr göbələk kimi ortaya çıxmışdı;bayaqdan 100 milyonlar yeyilirdisə,indi pul sel kimi ölkəyə axırdı deyə milyardlar yeməyə keçmək lazım idi fırıldaq layihələr adıyla.Biri Zığdan Bayıla qədər dənizdən körpü çəkmək layihəsi hazırlamışdı,müzakirəsi gedirdi.İcbari tibbi sığorta qıyılmayan məmləkətdə yəni.Biri layihə hazırlamışdı ki,Qız Qalasının yanından razqomnan gəlib Narginə uçmaq olar

Mamed 2019-07-01 17:21:11

Nehrəmli İbrahimin bu qanunsuz hərkətlərinə nə qədər göz yumulacaq. Bu qədər də açıq-açıqına pul mənimsəmək olar. Bəs prokurorluq, korrupsiya idarəsi hara baxır, niyəı bu adam haqqında tədbir görülmür.Niyə cəzasızlıq prinsipini yerə qoymurlar. Yoxsa Nehrəmliylə əlbirdilər, hi?

t.ədalət 2019-07-01 17:21:11

Nehrəmli İbrahim ona lazım olan pulu götürdü və arxasında duran adamlarla paylaşdı.Tikilməmiş Xəzər adalarındakı "mənzillərdən" alanlar da var.Onu müflis elan eləyərək borclarını dövlətin hesabına bağladılar.Nehrəmli İbrahim,görünür, təzə yeyinti yeri tapıb...

dadaşyev 2019-07-01 17:21:11

25 ildir 100 milyon tapammırıq ki,insanlara tibbi sığorta verək neft-qazı olmayan Gürcüstandakı kimi,gah Yevlaxda gah Ağdaşda bir illik sığorta probunu çıxarırıq görək millətin sağlığı cibimizə çox ziyan vurmayacaq ki,amma işə bax,gədanın birisinə yarım milyard verib zorla milyoner edirik.Təbii ki o pulu tək yeməyib bu,onu kredit adıyla verənlərə mütləq yarıdan çoxu şapka olub,çünki Rokfeller deyil,Sabançı deyil bu adam.Heç o həqiqi milyonçular onca kredit görməyiblər.Çünki sadəcə bu boyda kredit ola bilməz

Vətəndaş 2019-07-01 17:21:11

Talançılar ölkəni hərraca qoyub söküb dağıdırlar. Baş açmaq olmur kim necə sökür, kim necə talayır,kim necə oğurlayır, kim necə millətimizə xalqımıza yüz milyardları atıblar və atırlar? Bir yerdə əlbir olub atır,bir yerdə talayırlar. Sonra da ört basdır edib izini itirmək istəyirlər. Ancaq iz qalacaq və bir gün bu millət hesab aparıb soruşacaq bütün bunları bu kimlərdən. Bilmirəm bunları necə adlandırım. Öz millətini misli görünməmiş bir dəstə .......... necə adlandırmaq olar? Çox acınacaqlı vəziyyətdə qalan bir yazıq və aciz millətik. Var dövlətimizə, torpağımıza ....... yiyə dua bilməyən, sahib çıxa bilməyən............Millət üçün bundan böyük............. olarmı?

dadaşyev 2019-07-01 17:21:11

Sənə faiz borcunu qaytarmalı deyildilər e,sən verməliydin faiz borcunu dövlətə.Sadəcə,sənə deyiblər ki,ya 720 milyona alırıq,o zaman sən həm kreditini,həm də kreditin yığılmış 150 milyon faiz borcunu dövlətə qaytarırsan.Ya da 570 milyona alırıq,o zaman borcun faiz hissəsi sənlik olmur,sən yalnız kreditin özünü ödəyirsən.Yəni hər iki halda sənin nə itirəcəyin var,nə qazanacağın.Sadəcə,alan tərəf dövlətə 150 milyonun vergisi qədər az ödəmiş olur.Belə halda sən dövlətə hansı 150 milyonu bağışlamış olmusan?

dadaşyev 2019-07-01 17:21:11

Ay amaaan!Adamdakı həyasızlığa baxın,yüz milyonları yeyib,hələ dövlətə minnət edir,"150 milyonu verirdilər,almadım,dedim dövlətə qalsın".Əvvəla yarım milyardlıq müəmmalı kreditin faizi səndən niyə alınmamalıdı?Məndən alınmalıdı?Dədəm alıb o boyda krediti ki,dədəm qaytarsın?Sən almısansa sən qaytarmalısan da.Nə dövlətə,xalqa minnət qoyursan?Səni silkələsən 150 bitin düşməzdi,sən indi dövlətə 150 milyon keçən olmusan?Fransanın Lans klubuna 80 milyonu o 480 milyon kreditdən verməmisən?Ondan niyə danışmırsan?

AAgahuseyn 2019-07-01 17:21:11

HAYIF o milyarddan ki,onlar ğöyə sovrulub.Ora xərclənən vəsait dəyərindən aşaqadır.O vəsaitə yeni bir şəhər salmaq olardı.Vurma çədvəlini bilməyənlər milyarddan danışır.Hayıf SOVET HÖKUMƏTİNDƏN 10-manata ğörə 12-il 10-min manata ğörə isə əmlakı müsadirə olmaqla ölüm hökmünə məkum edirdilər.

Adil 2019-07-01 17:21:11

720 milyonu kredit götürəndə 1 dollar 80 qəpik idi. Deməli 720 milyon götürən 720 milyon irəli düşüb. Devalvasiyada varlılar belə udur,kasıblar isə daha da müflisləşir. Varlıları həm də devalvasiya vaxtı xəbərdar etdilər imkan yaratdılar manatı dollara çevirdilər. Hər yerdə öz adamlarıdır. Bir komandanın oyunçularıdırlar. Həm də ki pulun çox hissəsi artıq xarici ölkələrdə xarici valyuta şəklində banklara ya da ki biznesə yatrılmışdır.

Sual 2019-07-01 17:21:11

Deputat Kamran Nəbizadə həm Milli Məclisden MAAŞ alir ve EYNI VAXTDA, baş direktoru olduğu şirkətdən MAAŞ alir, bu qanuna uyqundurmu ?

Bashirov Qarib 2019-07-01 17:21:11

Çox maraqlıdır,iki il əvvəl FHN rəsmən yayımlamışdı ki,Xəzər Adaları lahiyəsi uzrə tikilən yaşayış massivinə,ekoloji vəziyyətin(həmin ərazinin neft-qaz çirklənməsi sayəsində) fəlakətli olması səbəbindən istismarına heç vaxt icazə verməyəcək.Həyat uçun təhlukəli konseregen səviyyəsinin kritik həddə olmasını yayımlamışdı.Görəsən həmin layihə əl dəyişdirəndən sonra da FHN iddasında israr edəcəkmi.

xəyalpərəst 2019-07-01 17:21:11

nə olaydı o layihənin mində birini mənə verəydilər.mən də bu irvaham qağa kimi yox haa bir az çırpışdırıb özümə bir mərtəbəli 3 otaqlı bir ev tikəydim.sonra da layihəni müsadirə edib verəydilər deputatların birinə borcu da bağlayeydilər.mənim də heç kimə borcum qalmayardı.vəssalam malades irvaham qağaya gözü tox insandır ki hələ 150 milyon da bağışlıyıf dövlətə .ay irvaham qağa sənin azarın düşsün yeyif dövlətə 150 manat da bağışlamıyannarın ürəyinə.oğulsan suyun içində bina tikdin sudan da quru çıxdın.

Sual 2019-07-01 17:21:11

Deputat Kamran Nəbizadə həm Milli Məclisden MAAŞ alir ve EYNI VAXTDA, baş direktoru olduğu şirkətdən MAAŞ alir, bu qanuna uyqundurmu ?

dadaşyev 2019-07-01 17:21:11

davamı;və niyə dolaşıq məhkəmə olub?Bu adam neçə illər qabaq 480 milyon kredit(!)alıb.O kreditin faizi 150 milyona yaxın olub.Demək bu adam bunu dövlətə ödəməlidir.İndi baxın;deyir ki,əmlakın dəyəri 720 milyon qiymətləndirildi.Demək bundan əlavə həmin o 150 milyona yaxın faizi də ödəməlidir.O qiymətdə əmlakını verib ödəşib.150 milyon faizi ödəməsin deyə neylədilər?Əmlakın qiymətini 150 milyon aşağı düşürdülər.Allah Allah!Siz dövlətin yüz əlli milyonlarını bu adam nehrəmlidir deyə semiçka hesab edirsinizmi?

dadaşyev 2019-07-01 17:21:11

Sənin kimisini yüz milyonlardan danışdıran zəmanənin ağzına olsun qadam.A bala,çərxi-fələk tərsinə dövran etməsəydi vallahi-billahi sən Nehrəm çəmənliklərində iri biynuzlu malqara otarmaq üçün başqasından 10 manat alıb onun nabatına gedəcək adam idin,noldu indi yüz milyonlar bağışlayan oldun?Sənin kimi cahilləri gül kimi savadlı,ağıllı gənclərimizdən üstün tutanları bir olan Allaha tapşırıram.Xalqa sənin kimi cahillərlə acıq verənlərin və də sənin kimilərin cəzası çox ağır olacaq.Yalnız Allah əbədidir.

Lerikden Mehhemmed Hesen emi 2019-07-01 17:21:11

naxcivandan dur gel bura 7-8 mln Azerbaycan vetendawini dola, suyun icine bir az daw yiq de ki, 570 mln borcum baqlandi? olardi Stalin zamani senin indi derine saman tepib maket kimi ,,,,mowennik nehremli,,, adiyla Lerik Uzunomurluler mizeyine qoymuwdular,ama hec darixma sen Xalqin bu pulunu bir gun qaytaracaqsan ,yox eyer olsen bele ovladrina o pulu bu Xalq qaytadıracaq...

Son yazılar