“Atılan raket mərmisi ilə bağlı Şimali Kipr xalqının yanındayıq” - Türkiyə XİN
Baxiş sayı:
Dərc olunub:
01/07/2019 - 23:07
Şimali Kipr Türk Cümhuriyyətinə (KKTC) 1 iyul gecəsi atılan raket mərmisi ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, açıqlamada bildirilib ki, KKTC Taşkənt bölgəsinə düşən raket nəticəsində partlayış və yanğın baş versə də, yaşayış məntəqələrindən kənarda olduğu üçün maddi itki və tələfata səbəb olmayıb.
Türkiyə XİN hadisə ilə bağlı KKTC rəhbərliyinə və xalqına keçmiş olsun diləklərini bildirərək, hadisə ilə əlaqədar KKTC hökumətinin BMT-yə və digər aidiyyəti qurumlara müraciətinə dəstək verdiyini bildirib: “Atılan raket mərmisi ilə bağlı Şimali Kipr xalqının yanındayıq”.
Son yazılar
11:17
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.