“İSLAHATLARDAN İMTİNA BÖYÜK RİSKLƏRƏ YOL AÇAR” – “Əyalət təfəkkürlü, psixi qüsurlu birisini hakimiyyətə gətirib…”

Millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev "Ovqat.com"-a müsahibə verib.

"AzPolitika" həmin müsahibəni təqdim edir:

– Qüdrət bəy, ölkə  daxilində baş verənləri necə qiymətləndirirsiniz?

– Cəmiyyət sakit templə, mövcud problemlərlə birlikdə inkişaf edir. Kadrlar bir-birini əvəz edir, Qarabağ danışıqları davam etdirilir. İnkişafın yeni mərhələsinə keçid və Qarabağı azad etmək isə hələlik alınmır. Amma bu istiqamətdə müəyyən işlər görülür. Bizə ümid etmək qalır ki, hansısa mərhələdə biz qarşıya qoyulan məqsədlərə çatacağıq.

– Sakit templə inkişaf Sizi qane edirmi?

– Mən iqtidarla əməkdaşlığın zəruriliyini qəbul edən müxalifət partiyasının sədri kimi, hər zaman dərinləşdiriləcək islahatların bizə düşmən olan xarici və onların himayəsində olan daxildəki pozucu qüvvələrə  müəyyən imkanlar yaradacağını qeyd etmişəm. Amma onu da vurğulamışam ki, islahatlardan imtina ölkəni inkişafdan saxlayacaq və daha böyük risklərə yol açacaq. Ola bilməz ki, islahatların, idarəetmənin təkmilləşdirilməsinin zəruriliyindən danışan iqtidar bütün bunları görməsin. Görünür, bizim bilmədiyimiz çoxlu faktorlar bu prosesi ləngidir.

– Sizcə, həmin faktorlardan həlledicisi nə ola bilər?

- Məncə, xalqın potensialına inamsızlıq belə bir fikir formalaşdıra bilər ki, xarici güclər əlaltılarından istifadə edib ölkədə sabitliyi pozub, bunun nəticəsi olaraq əyalət təfəkkürlü, psixi qüsurlu birisini hakimiyyətə gətirib, buranı Türkmənistana çevirə bilərlər. Bu da ölkəni on illərlə geri atar. Demokratiya bir yana, heç  Qarabağ da yada düşməz. Hazırda Liviyada yaşanan vətəndaş müharibəsi buna əyani nümunədir.

– Sosial şəbəkələrdəki inqilaba çağırışlar barədə nə düşünürsünüz?

– Biz həmişə arzulamışıq və o istiqamətdə çalışırıq ki, xalqımızın siyasi dünyagörüşü Qərb ölkələrinin səviyyəsinə çatsın. Amma bu o demək deyil ki, biz o səviyyədə geri qalmışıq ki, insanlarımız kriminal, tərbiyəsiz şizofreniklərin çağırışına əhəmiyyət versin. Bəziləri öz məqsədlərinə çatmaq üçün xalqımızı, öz ailə üzvləri daxil, nalayiq formada təhqir edirlər. Çünki ailə üzvləri də başqaları kimi, onların çağırışlarına əhəmiyyət vermirlər.

– Xalqımızın siyasi dünyagörüşü barədə danışdınız. Sizi nə qane etmir?

– Bilirsiniz, yüz illər ərzində repressiyalar və əsarət altında yaşayan xalqlarda mütilik, itaətkarlıq və bunlardan doğan mənfi keyfiyyətlər formalaşır, dərinləşərək, mentalitetə çevrilir. Cəmiyyəti dərk etməyə başlayan uşaqlar valideyinləri kimi davranmağa başlayır və bir neçə nəsildən sonra bu, artıq genetik koda çevrilir. İnsanlarda formalaşdırılmış keyfiyyətlər genlərlə növbəti nəsilə ötürülür. Mentalitetin dəyişməsi üçün isə bir neçə nəsil dəyişməlidir.

Məsələn, 1937-ci il repressiyaları zamanı bir yazıçı digər yazıçı dostunu antisovet fəaliyyətdə ittiham edərək satırdı. Ona görə yox ki, ona nifrət edirdi, onun ailəsinin, özünün böyük məhrumiyyətlərlə üz-üzə qalmasını istəyirdi. Yox, sadəcə özünün “sadiq” sovet vətəndaşı olduğunu sübut edib, fiziki varlığını qoruyub saxlamaq üçün dostunu ölümə göndərirdi. Qorxu altında ali, bəşəri dəyərlər, insanlıq ölür, insan ali varlıqdan çıxıb, yaşama instinkti ilə çarpışan canlıya çevrilir. Əsrlərlə əsarət altında yaşamış insanlarımız yaşamaq üçün oğurluq etmək, rüşvət verib-almaq, aldatmaq, yalan danışmaq, qanunları pozmaq, yaltaqlanmaq zorunda qalıb, yaxud bu kimi əməllər törətməyə məcbur edilib.

Belə ağır şərtlər altında yaşamasına baxmayaraq, xalqımız bir çox nəcib xüsusiyyətlərini qoruyub saxlamışdır. Bu kimi mənəvi resurslar və qloballaşan dünya bizim xoşbəxt gələcəyimiz, mənfiliklərdən qurtarmağımız üçün ən böyük təsəllidir, ümiddir. Amma Qərb düşüncəli vətəndaşın formalaşması üçün bizə zaman lazımdır. Yalnız həmin vətəndaşlar Azərbaycanda Qərb standartlarına cavab verən demokratik dövlət qura bilər. Xalqımızı onun xarakterindəki çatışmayan cəhətlərə görə təhqir etmək lazım deyil. Belə davranış nadanlıqdır. Bu insanlarda çatışmazlıq kompleksini bir az da artıracaqdır. Biz nə qədər zaman almasından asılı olmayaraq, addım-addım irəli getməli, maarifləndirmə yolu ilə müasir dünyagörüşlü yeni nəslin formalaşmasına çalışmalıyıq. Biz müsəlman xalqlarını daha azad edəcək islamda islahatlara yol açan, onu qeyri-müsəlmanlara sevdirən xalqa çevrilməliyik.

Səbrsizlik edib ekstremizmə yuvarlanmaq vəziyyətdən çıxış yolu deyil. Səbrsizlik və bundan doğan təhqir təkcə tərbiyəsizlik elementi yox, həm də daxili siyasətə ciddi təsir edən regional və beynəlxalq vəziyyəti düzgün qiymətləndirə bilməməkdən siyasi korluq və mədəniyyətsizlikdən qaynaqlanır. Mənəvi terrorla məşğul olanlar, ağzı köpüklənə-köpüklənə “inqilab–inqilab” deyə qışqıranlar terrorçudan dünyanın hörmət etdiyi böyük dövlət adamı səviyyəsinə yüksəlmiş Nelson Mandelanın həyatını öyrənsələr, özləri üçün də, cəmiyyət üçün də faydalı  olar.

635x100

Şərhlər

BARI NAXÇIVAN DA BƏ: 2019-07-02 00:47:43

Ə BƏ QARDAŞŞŞŞ Ə BA NİYA Kİ, İSLAHAT ELƏ BARI NAXÇIVAN OLMALIDI??? yəni toplananların yerini dəyişandə CƏM DƏYİŞMİR HIIYYY???

EJDER 2019-07-02 00:47:43

BOW BOW ........

Arif Əliyev 2019-07-02 00:47:43

işə götürüb bu tək hal deyil kütləvi şəkildədir həmin bu adamlar şikayət edəndə qoçu Rövşən çıxıb qabağa və deyib: mən işdən çıxartdığım işçini heç bir zaman geri qaytarmaram (bir sözlə kişi tüpürdüyünü yalamaq istəmir)mənim arxamda o boydana əjdahalar qalıb bilmək olmur bu əjdahalar xaricin bir başa əjdahalarıdır yoxsa nazir Raminlə məhşur əmlak alverçisi Əli Abdullayevi nəzərdə tutur bunu Allah bilir fakt budurki 100-dən yuxarı təcrübəli işçiləri işdən qanunsuz çıxardıblar adınıda qoyublar İSLAHATLAR

Arif Əliyev 2019-07-02 00:47:43

sual olunur ixtisar zamanı niyə qanunlara əməl olunmur?bəlkə ölkə qanunları bunlara şamil edilmir?bəlkədə xaricdə(qətiyən başa düşünülməsinki biz xaricdə təhsil alanlara qarşıyıq öz övladımda xaricdə təhsil alıb)bunları ölkə qanunlarına sayğısılığa yönəldiblər? bəlkədə bu bəlkələr bitmirki bitmir.Bakı telfon MMC-nin direktoru Rövşən adında bir gənc 22-il bu sahədə təhsil alan işləyən 45 yaşlı iki uşağ anasını (həyat yolaşıda Qarabağ vetiranı ikinci qrup əlili)ixtisar edir yerində 20 yaşında gənc qızı ardı

Arif Əliyev 2019-07-02 00:47:43

buna əsasım var bu gün rabitə(NRYT)nazirliyində baş verən islahatlar buna əsas verir oxuyun bilin bunlar necə islahatlar aparırlar özlərindən qabağ rabitədə işləyənlərin hamısını ləkələnmiş savadsız sayaraq alternativ şöbələr departamentlər idarələr yaradaraq kənardan 100% neqativ yollarla rabitə üzrə təhsili təcrübəsi olmayanları işə götürüblər sonrasıda özündən qabağ rabitə təhsilli təcrübəli işçilərə islahatlar adıyla bildiriş verib iki ay əmmək haqqını qabaqcadan ödəməklə işdən kənarlaşdırırlar ardı

Bashirov Qarib 2019-07-02 00:47:43

Qudrət bəyin dediyindən belə çıxır ki,xalq olaraq qonşularımız kimi ləyaqətli,demokratik ölkə qurmaga layiq deyilik.Biz yaltaqlıga,ogurluga, ruşmət verib almaga,budcəni talamaga layiqik. Həm də tövsiyə edir ki biz səbr göstərib dözsək nə vaxtsa ugura nail ola bilərik.Nə deyirəm oturaq gözləyək, görək bu Lazımla Ugur nə vaxt gələcək.

Arif Əliyev 2019-07-02 00:47:43

olmur sual bəyəm Azərbaycanın müstəqilliyi üçün ayağa qalxan xalq hamı satqın idi?və yaxud onlar ayrı planetdən təşrif buyurmuşdular? həmin ayağa qalxan xalqın cavanlarının indi 50-60 yaş həddindədirlər bəyəm onların bu vətənə sevgisi yoxdur amma övladlarının var özüdə necə xarici dillə təhsillə bir sözlə ata ilə övladı çox asanlıqla üz-üzə qoyurlar buda yaxın gələcəyimiz üçün olduqca təhlükəlidir.Niyə? ola bilər bu praseslər yaxın gələcəyə hesablanılmış ...ardı

Yengibar 2019-07-02 00:47:43

HACI İBRAHİMİN “XƏZƏR ADALARI” ƏLİNDƏN ALINDI – “Dövlətə bağışladım…” İSMƏT ABBASOV DA DÖVLƏTİ BELƏ TALAYIB – Korrupsiya sxemi ÖZÜNÜ YANDIRAN APREL QAZİSİNİN BACISI DANIŞDI – “İstəmirik ki, qardaşımızın qanı yerdə qalsın!” Mən iqtidarla əməkdaşlığın zəruriliyini qəbul edən müxalifət partiyasının sədri kimi...... Əlavəyə ehtiyac varmı?

Arif Əliyev 2019-07-02 00:47:43

islahatlara bax burda böyük problemlər yaşayırıq yəni islahatlar mütləqdir yoxsa sosalizimdən qalan tör-töküntüdən yapışmaq çayda sel zamanı köpükdən yapışmaq kimidir.Amma bu islahatları aparılan sahənin mütəxəsislərilə həmin sahə üzrə təhsili təcrübəsi olanlarla aparmaq lazımdır görün islahatları aparmaq üçün bizə nə sığıyırlar mütləq gənc olmaq xaricdə təhsil almaq bir neç xarici dil bilmək və onları bürokrat aparatına yerləşdirmək sonrası Allah Kərimdir Kərimində quyusu o qədər dərindirki baş açmaq ardı

Arif Əliyev 2019-07-02 00:47:43

Hörmətli Qudrət bəy özünə hörmət edən millətinə dövlətinə sevgisi olan Azərbaycan vətəndaşı anlamalıdırki biz cənubi Qafqazda yaşayırıq və bu region olduqca çox təhlükəli vəziyyətdədir bir yandan İranda gedən proseslər digər tərəfdəndə Rusya və Qərbin Qafqazda mövqeylərinin möhkəmlənilməsi üçün apardığları mübarizələr bizə əsas verirki bizlər Ərəb baharına bənzər hər hansı inqlablardan uzağ olmalıyıq ən azı Suryanı gözümüzün önünə gətirib acı nəticənin nəyin törətdiyini anlamalıyıq. Qaldı dediyiniz ardı

Türk 2019-07-02 00:47:43

Nə qədər ki,sizin kimi deputatlar var,Azərbaycanda heç bir köklü islahatdan söhbət gedə bilməz.İslahat seçkilərdən başlamalıdır.Onda siz deputat ola bilməzsiniz.

Habil 2019-07-02 00:47:43

Qüdrət siyasi mədənyət nədir? Siyasi mədəniyyət xalqın uzun illər sərvətini malını talan etməkdirmi? Siyasi mədəniyyət regiyonçuluq yerlibazlıqdırmı? .... Əsas əhali ehtiyac içindədir. ....Söz verilsə də düşməndən 25 ildə 1 metr torpaq geri alınmayıb. Vətəni qoruyanlar Şəhid olanlar yalnız kasıb balalarıdır. Çox yazmaq olar. Mən siyasətçi deyiləm. Ancaq gərək .....Bizi də heç bir xoşbəxt gələcək gözləmir. Gün gündən problemlər dərinləşir. Bu edilənləri də yüz milyarlarla kim olsa edərdi və daha az israf və keyfiyyətlə. Budurmu sənin alimində siyasi mədəniyyət?

Son yazılar