PUTİN ƏMİNDİR Kİ, RUSLAR ÜSYAN ETMƏYƏCƏKLƏR! - “İqtisadiyyatın böyüməsi onun üçün əhəmiyyət kəsb etmir”

Hətta Rusiya prezidenti Valdimir Putinin ən loyal tərəfdarları da, heç olmasa düşüncələrində etiraf eləməlidilər ki, prezidentin vətəndaşların suallarını cavablandırdığı builki “Birbaşa xətt” televiziya proqramı heç zaman olmadığı kimi uğursuz keçdi.

Vətəndaşlar bilmək istərdilər, görəsən nəyə görə Putinin hakimiyyət zamanında onların həyatı yaxşılaşmır? Hətta bəziləri Putindən öz postunu nə vaxt tərk edəcəyini soruşdu. Rusiya prezidentinin cavabları isə qətiyyən inandırıcı səslənmirdi.

İndi Rusiya iqtisadiyyatı durğunluğa qərq olub. 2014-2018-ci illərdə Ümumi Daxil Məhsul cəmi 1,5 faiz artıb, yəni ildə ortalama 0,4 % artım olub (Kreml Rosstatı məcbur edib ki, 2016 və 2017-ci illərdəki rəqəmləri yüksəltsin). Məsələ ondadır ki, həmin dövr əhalinin real gəlirləri 10,7% aşağı düşüb və nəticədə 13% rusiyalı yoxsulluq həddinin altına enib.

Əgər Krımın 2014-cü ildəki anneksiyasına görə Rusiyaya qarşı yönəlmiş sanksiyaları yadımıza salsaq, onda hadisələrin məhz bu cür inkişafı təəccüblü gəlməz. Bu sanksiyalar 2014-2018-ci illərdə ölkədən 317 milyard dollar həcmində kapitalın çıxmasına və həmçinin də sərmayə qoyuluşunun kəskin düşməsinə səbəb olub. Rusiya iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyanın həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk doqquz ayı ərzində 11 dəfə aşağı yuvarlanıb.

Amma buna baxmayaraq, Rusiya iqtisadiyyatının daha yaxşı vəziyyətdə qala bilməsinin inandırıcı səbəbləri var. Belə ki, 2014-cü ildən başlayaraq rubl ABŞ dollarına nisbətən 45,5% devalvasiyaya uğrayıb. Bu meyl Rusiya ixrac məhsullarının rəqabət qabiliyyətini yüksəltməliydi. Həm də uzun illərdir inflyasiya aşağı səviyyədədir. Nəhayət, 2018-ci ildə Rusiya büdcəsindəki profisit 2,75 trilyon rubl (44 milyard dollar) təşkil edib.

Bəs, onda nəyə görə Rusiya iqtisadiyyatının vəziyyəti belə zəifdir? Bu sualın cavabını bilmək istəyiriksə, onda “iqtisadi möcüzə” adlandırılan 2000-ci illərə yaxşı nəzər yetirmək lazımdır.

Yaranmış stroetip təsəvvürlərə baxmayaraq, Rusiyanın əsrin əvvəllərindəki sürətli iqtisadi böyüməsi təkcə böyük həcmdə neft dollarlarının axını ilə əlaqədar deyildi. Bu böyümədə digər mühüm faktorlar da az rol oynamayıb.

Birincisi - 2000-2002-ci illərdə liberal iqtisadi-vergi islahatları sahibkarlara investisiya yatırmağa, istehlakçılara isə pul qazanmaq və onu xərcləməyə imkan verdi.

İkincisi - Xarici kapital Rusiya iqtisadiyyatına daxil oldu, hətta bu kapital ölkədə bir neçə yeni sektorun açılmasına şərait yaratdı.

Üçüncüsü - Öncədən mövcud olmayan sektorlar və ya 1990-cı illərdə kifayət qədər inkişaf etməmiş iqtisadi sahələr Ümumi Daxili Məhsulun böyümə tempinə əhəmiyyətli dərəcədə töhfə verdi.

Nəticədə, 2000-2008-ci illərdə mənzil tikintisi, topdan və pərakəndə satış, bank və sığorta xidmətləri, mehmanxana və restoranlar sürətlə inkişaf etdi. Ölkədəki mobil rabitə və internet istifadəçilərinin sayı təxminən ümumi əhalinin 70 %-ini ötmüşdü. Bu arada isə, neft hasilatının həcmi SSRİ-nin mövcudluğunun son illərindəki səviyyəyə ancaq çatırdı.

2008-ci ildə bütün yeni xidmətlərə olan tələbin artımı dayandı. Problem 2014-cü ildə xarici investorların ölkədən qaçışı ilə daha da dərinləşdi. Digər tərəfdən isə, 2018-ci ildə iqtisadi liberalizm Kremlin yenidən dirijizm siyasi rejiminə qayıtmasıyla qüruba keçdi (Dirijizm - dövlətin iqtisadiyyata müdaxiləsidir).

Rusiyanın iqtisadi perspektivləri yaxın zamanda çətin ki, yaxşılaşsın. İqtisadiyyatın düzəlməsi yalnız bir səbəbə görə baş vermir. Həmin səbəb Putinin bu məsələyə laqeyid yanaşmasıdır. O, tamamilə əmindir ki, rusiyalılar üsyan qaldırmayacaqlar.

Elə bu nöqteyi-nəzərə görə investisiya şəraitinin yaxşılaşdırılması və ya texnologiyaya sərmayə qoyulması, xeyirlə yanaşı problem də yarada bilər. Putin iqtisadiyyatda sərt rəqabət mühitinin meydana çıxmasını istəmir, çünki bu sonradan siyasi sferaya da sirayət edər. Putin üçün iqtisadiyyatın yalnız bir başlıca məqsədi var: iqtisadiyyat onun və dostlarının ehtiyaclarına xidmət etməlidir.

Putin Rusiyasındakı hakimiyyətin funksiyası vergilər toplamaq, əhəmiyyətsiz siyasi qərarların maliyyələşməsi naminə (məsələn, xaricdəki hərbi avantüralar) neft-qaz rentasının mənimsənilməsindən və bürokratların loyallığının satın alınmasından ibarətdir.

Hazırda Rusiyada dövlət xidmətinin yaxşı gəlir yerinə çevrilməsi təəccüblü deyil. Məsələn, Federal Təhlükəsizlik Xidmətinin bir polkovniki öz vəzifəsindən sui-istifadə edərək, 190 miliyon dollar nağd pul toplayıb. Dövlətin kassasında atıq artım yoxdur, o azalır, vergilər isə artmaqda davam edir. Rusiyanın ümumi iqtisadiyyatının böyümə şansı yoxdur. İqtisadi böyümənin yeganə mümkün mənbəyi - ev təsərrüfatı gəlirlərinin artmasıdır. Putin isə büdcə gəlirlərini dövlət ehtiyatlarının böyüdülməsinə və ya da “milli layihələrin” maliyyələşməsinə yönəldir. Təbii ki, bu da öz növbəsində korrupsiyaya geniş imkanlar açır.

“Birbaşa xətt” verilişində vətəndaşlardan biri şikayət edib ki, prezident hakimiyyətdə Leonid Brejnevdən də çox qalıb. Brejnevin rəhbərliyi zamanı ölkədə iqtisadi staqnasiya yaşanmasını nəzərə alsaq, onda bu cür müqayisə tam yerinə düşüb.

Ümumiyyətlə isə, staqnasiya və böhran arasında fərq var. Belə görünür ki, Putin iqtisadiyyatın böyümə tempinin yüksəldilməsinə xüsusi maraq göstərmir. Həm də o öz üzərinə hansısa risklər götürmək niyyətində deyil. İstehlak tələbinin zəif olması sayəsində yaranan aşağı inflyasiya o anlama gəlir ki, qiymətlərin yüksəlməsinə yol açmadan hökumət rublu devalvasiya edə bilər. İqtisadiyyatı idarə edən heç bir siyasətçi növbəti seçkilərdən sonra nə olacağını fikirləşmir. Onsuz da ümumi yekunda neft dollarları sayəsidə Rusiya iqtisadiyyatı “reanimasiyada” qalaraq, heç olmazsa yaşayacaq.

İndi Rusiya iqtisadiyyatı elə bir yoldadır ki, o ya staqnasiyaya uğrayacaq, ya da tədrici tənəzzül yaşanacaq. Çünki bu iqtisadiyyat özünün əvvəlki böyümə mənbəyini itirib, hökumət isə yenisini axtarmaqda maraqlı deyil.

Ağa və nökər xüsusiyyətli paternalistik cəmiyyətdə hökmdar belə hesab edir ki, o öz təbəələrinə sərbəst qazanmaq yerinə, onlara ümumi gəlirdən pay bölsə daha yaxşıdır. Məhz belə olan halda onun mövqeyi təhlükəsiz qalar. (“Project Syndicate”-ABŞ)

Ümumi Daxil Məhsulun nominal göstəricisinə görə Rusiya dünya ölkələri arasında 11-ci yerdə gedir. Əlbəttə, əhalisi 145 milyon nəfər olan ölkə üçün bu normal göstəricidir. Amma iş ondadır ki, bu əhalinin yaşayış səviyyəsinə sirayət etmir. Belə ki, Dünya Bankının verdiyi məlumata görə, alıcılıq qabiliyyəti paritetinə uyğun olaraq adam başına düşən gəlirə əsasən Rusiya 53-cü yerdədir. Bu, təxminən 10 min dollardır.

Ümumiyyətlə rublun devalvasiya edilməsindən yararlanmaq mümkündür. Amma problem ondadır ki, Rusiyada geniş istehsal çeşidli məhsul yoxdur. Digər yandan isə, Rusiyanın ixrac potensialı birtərəflidir, yəni enerji resurslarının satışına söykənilir. Deməli, belə çıxır ki, Rusiya yerli bazarın inkişafına çalışmalıdır. Bunun üçün böyük plan hazırlanmalı,ölkənin ixtiyarındakı valyuta resursları bu istiqamətə yönəldilməlidir. İndi Rusiya öz milli valyutasını investisiya puluna çevirə bilmir. Çünki Mərkəz Bank hökumətə bağlı deyil və bu qurumun Rusiya dövləti qarşısında böyük öhdəlikləri yoxdur, sadəcə inflyasiyanın önünü kəsməklə işini bitmiş hesab edir.

Rusiyanın hərbi xərcləri çoxdur. Rusiyanın iqtisadi, texnoloji geriliyi göz önündədir. Onu da mütələq vurğulamaq lazımdır ki, əgər ölkədə korrupsiya varsa, deməli hansı dirçəliş planının hazırlanmasından asılı olmayaraq, işlər getməyəcək.

O ki qaldı Leonid Brejnevin dövrü ilə Rusiyanın bu günün müqayisəsinə, Brejnev zamanı sovet əhalisi indikindən qat-qat firəvan, rahat və mehriban yaşayırdı. Vətəndaşlara dövlət qayğısı vardı və onlar korrupsiya sözünün mənasını belə bilmirdilər.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Azerbaycan vetendashinin qardashi 2019-07-02 13:04:18

Geber kimi yazsaydim menim yazdigimi da derc ederdiz, size serf elemir rusiyani pislemek ve putini soymek onda size xosh gelir. siz axi azad metbuatsiz bur terefli size serf eliyen yazi olanda. Yeqin ki vaqif nesibov orta asiyada Bishkekde ve Dushenbede Sanxay emekdashliq teshkilatinin yigincaginda ve Asiya liderlerinin qarshiliqli emekdashliq tedbirlerinde ve Yaponiyanin Osako seherinde C20 dovlet bascilarinin icinde Putini nece qarshiladilar Tramndan ustun ve Yaponiyanin bash nazirinden cox dovlet bashci

Geber 2019-07-02 13:04:18

Rusiya haqda bir milyon tənqidi yazi yazilsa da belə , soyuqdəymənin bir milyon dispozisiyada müalicəsi kimi doğruya oxşayacaqdir. Soyuqdaymə yeğanə nasazliqdir ki , hərə bir cür müalicə olunur " başli başini saxlasin " prinsipi bu tip pozuntulari min illiklərlə müşaiyyət etsədə heç kəsdə soyuqdəymə haqda qisa və konkret metodika da ola bilməsi mümkünsüzdür. Putinə son dəfəki mətbuat konfransinda soyuqdəyməyə qarşi 3 milyon sual verilməsi soyuqdəyməyə məxsus üç milyon resseptin olmasina sübütdür. Putin Yelsindən qalma mümükünlü soyuqdəymə əmsalini azaltmayib ki . artirib : hətta üzündərə və səmərəsiz malicə metodikalari ilə zənğinləşdirib . Soyuqdəymənin müalicə profilakrtikasi haqda müalicələrə misal : məhəbbət haqda milyardlarla mahnilari ğöstərmək olar . Bu mahni və şerlər minilliklərdən üzü bəri onlari oxuyan nə qadinlari nə də kişiləri müalicə edə bilib , beləki eşşəkdən ən asan heyvandan yixilma atdan hündürlükdən yizilmaqdan faciyəvi olur. Misal post sovet məkaninda bir fəfə də olsun soyuqdəymə mənbəyi : ttutaq ki , sürücülük vəsiqəsinin alinmasi haqda 45 ildə yeğanə bir ressept qaydasi yoluxmuşlara təqdim olunmamiş bü soyuqdəymənin müalicə profilaktikasi sonda qisa bir asqirma ilə :_ qizilca xəstəliyi kimi bir dəfə ğəldi keçdi kimi də həllinin tapmamişdir. Soyuqdəymədən savayi Rusiya hakimiyyətində təsadüf nəticədə ğöydən düşmə dar qrupun içindı 5000 min insan yəni hüquqyaradici və hüqüqpaylayici insanlarin heç birində rusca " ni u koqo " özü özlüyündə yəni mövcudluğu ilə , qaşinma mənşəli :_ sosial psixopatiya enerjays dioptoriyalari ilə : əks difraksiyali optik illyuziyalarin artiq özü pzündə qapanmasi haqda insinnktlərə qacan neyronlar tukənmiş yoz daşlaşmişdir. Hal hazirda rus hakimiyyəti sibirdə yayilmiş "qluxar toyuqkimilər nəslinfdən olan bir quşa bənzəyir " Qluxar diğərovquşlardan fərqli karlaşmaya meyilli bir xsüsiyyəti ilə səciyələnir.

Keçmiş SSRİ vətəndaşı 2019-07-02 13:04:18

Rusiyada usyan olsa hakimiyyətə kommunistlər gələcək.

viktor 2019-07-02 13:04:18

Azərbaycanda da həmin vəziyyətdir də..

Azərbaycan vətəndaşı 2019-07-02 13:04:18

Mən dəfələrlə yazmışam ə yenə yazıram.Rusiya Krımı işğal etməyib.Özünə məxsus olan ərazini yenidən Rusiyaya qaytarıb.Krım 1534-cüildə Rusiyaya birləşdirilib,1954-cü ildə Xuruşov onu Ukraynaya verib.2014-cü ildə Ukrayna ora NATO-nu dəvət etdiyinə görə Rusiya Krımı geri qaytardı. Mən istərdim ki,Azərbaycan da Ermənistana.Gürcüstana Rusiyaya verdiyi əraziləri geri qaytarsın və Vaqif Nəsibov onu işğal adlandırsın.

Son yazılar