DEPUTATIN OĞLU PROKUROR TƏYİN OLUNDU - Prokurorluqda yeni təyinatlar olub

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.

Azvision.az -ın əldə etdiyi məlumata görə, Baş Prokuror Zakir Qaralovun müvafiq əmri ilə Bakı şəhəri, Qaradağ rayonunun prokuroru Abdullayev Natiq Saleh oğlu tutduğu vəzifədən azad edilərək Şirvan şəhərinə prokuror təyin edilib.

Digər əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini Zəfər Əhmədov Qaradağın prokuroru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Zəfər Əhmədov deputat Vahid Əhmədovun oğludur.

635x100

Şərhlər

vanqa 2019-07-02 16:26:15

özünü yaxşı göstərir--amma səni hamı çoox yaxşı tanıyır--oğlun sənə oxşasa daha 25 il gündəm olacaqsınız

Vətəndaş 2019-07-02 16:26:15

Görəsən bı Zakir Qaralov özü nə vaxt gedəcək, yoxsa ki, ..... kimi orda otracaq.

Gülağa 2019-07-02 16:26:15

Təyinatlar yalnız Nazirlər,sədrlər,icra başçıları və digər iri buynuzlu məmurların evladları üçündür.Bu ki,30 ildir göz önündədir.Çünki onların pulu,varı,dövləti və bir də talançı YAP-ı var.ortabab,kasıb,adi vətəndaş balalrı işsiz də qala bilərlər.Bura Azərbaycandır!

AAgahuseyn 2019-07-02 16:26:15

Vahid müəllim təmiz adamdır.Ot kökü üstə bitər yaxşıvə təmiz insandan pis olmaz.ALLAH xeyirli etsin.

Analitik 2019-07-02 16:26:15

Yene de Vahid m. kimi cefakeş insanin, şexsin ovladinin bele yerlerde olmagi yaxşidir.. Bu kişi savadli-tecrubeli mutexessisdi ve heç olmazsa (çetin anlarda) imkansizin (bank, inhisarçiliq, monopoliya ve s..kimi vacib meselelerde) camaatin Haqq sozunu (MM-de de) mudafie eleyib, day bir çoxlari kimi tek ozunu fikirleşmeyib.. Rehmetlik qardaşinin (Ramazan) Ehsan sufresinde imkansiz imkanlidan çox idi.. Edaletle yanaşanda çetin muhitde bir insan daha neynemeli idi axi?.. Kenardan her şey asan gorunurdu..

sual 2019-07-02 16:26:15

Bes necə olmalıdır ki? Vahid necə illərdir papağın hədərə günə yandırmirki? Yoxsa elə bilirsiz millət ücün yanır?

Son yazılar