NATO RUSİYADAN QORXUR! - "Alyans üzvlərindən heç biri risk etmək istəmir"

“NATO Rusiya təhlükəsindən ehtiyyatlandığı üçün Ukraynanı öz sıralarına qəbul etmək istəmir”. ABŞ-ın "TİME" jurnalının mövzuya dair bigünkü məqaləsində belə deyilir.

Müəllif qeyd edir ki, Vadim Qreçaninovun (İstefada olan general-V.N) on il müddətinə etmək istədiyinə Rusiya Ukraynaya qarşı öz aqressiyası sayəsində bir neçə ay ərzində nail oldu. Atlantik Şurasının Ukrayna üzrə prezidenti hesab edilən V.Qreçaninovun işi öz ölkəsinin rəhbərlərini, vətəndaşlarını və hərbçilərini Ukrayna üçün yeganə təhlükəsizlik yolunun NATO tərkibinə qatılmağa inandırmaqdan ibarət olub. Həmin fəaliyyətində o heç zaman böyük bir uğur qazanmayıb. ”Pew”araşdırmalar mərkəzinin 2009-cu ildə apardığı sorğuya əsasən, rəyi soruşulanların 51%-ı Ukraynanın NATO-ya daxil olmasının əleyhinə, 28%-i isə bunun leyhinə olduğunu bildirmişdilər.

Əvvəlki dövrlərdən fərqli olaraq, indiki dinamika radikal şəkildə dəyişib. İyul ayında keçirilən sonuncu ümummilli araşdırmaları nəticəsində bəlli olub ki, postsovet Ukraynasında ilk dəfə NATO-ya daxil olmaq istəyənlərin səsi 44%-ə qədər yüksəlib və onlar artıq Rusiyanı strateji təhlükə hesab edirlər. Ancaq hələ iki il əvvəl Ukraynanın “Reytinq” sosioloji qrupunun əldə etdiyi nəticəyə görə, respondentlərin yalnız 19%-i Ukraynanı NATO-nun tərkibində görmək istəyirdi. Ukraynanın yeni hakimiyyəti NATO-ya üzv olmaq ideyasından möhkəm yapışıb və keçən həftə bu alyansa qəbul yollarının açılması üçün qanun layihəsinin hazırlanmasına da başlayıb.

Lakin Sovet Ordusunun istefadakı general-mayoru Qreçaninov hesab edir ki, hazırkı vəziyyətdə Ukraynanın Şimali Atlantika Alyansına üzv olmaq şansı beş il bundan əvvəlkindən heç də üstün deyil. Onun bu fikirlərini NATO sammitindən gələn xəbərlər daha da möhkəmləndirib. General Qreçaninov Alyans haqqında deyir:

”Onlar indiyədək Moskvanın tələblərinə itaətlə tabe olublar”. Bu tələblər isə tamamilə aydındır. Prezident Vladimir Putin Krım yarımadasını anneksiya etdikdə NATO-ya xəbərdarlıqla bildirdi ki, onlar tarixi rus torpaqlarında (Ukraynanı nəzərdə tutur) özlərini evlərindəki kimi aparmasınlar.

Ancaq bütün bunlara baxmayaraq, NATO ümidverici və inadkar bir mövqe ortalığa qoymağa da başlayır. Sammitdə Ukraynaya olan dəstəyi nümayiş etdirən müttəfiqlər elə atmosfer yaratmağa çalışırdılar ki, prezident Pyotr Poroşenko özünü fəxri qonaq kimi hiss etsin. Alyansın ən nüfuzlu beş üzvü – ABŞ, Britaniya, Almaniya, Fransa və İtaliyanın liderləri Poroşenko ilə görüş keçirərək, Ukrayna-Rusiya münaqişəsini müzakirə etdilər. Bundan əlavə onlar kollektiv şəkildə Ukrayna ordusunu modernləşdirmək üçün 16 milyon dollarlıq (məbləğ simvolikdir) bir neçə “trans fond” təsis etməyi öz üzərlərinə götürüblər. Ancaq liderlər Ukraynaya silah göndərmək və onun yaxın perespektivdə Alyansa qəbul olunacağı barəsində isə heç bir öhdəlik qəbul etməyiblər. Qreçaninov deyir ki, o bu sammitdən məyyus olub, amma təəccüblənməyib. Əgər Ukrayna NATO-ya daxil olarsa, onda Alyansın hər bir üzvü bu ölkəni istənilən hücumdan müdafiə etmək öhdəliyi ilə bağlanacaq. Hal-hazırda isə NATO üzvlərindən heç biri risk edərək nüvə silahlı Rusiya ilə qarşıdurmaya girməyi arzulamır. Qreçaninov bu barədə deyir: "Putini yalnız onun gücündən daha möhtəşəm olan qüvvə hesabına durdurmaq lazımdır. Biz bu cür gücü NATO-dan gözləyirdik. NATO Putini durdura bilər. İndi Alyans üzvləri bu məsələni müzakirə etmirlər. Ona görə ki, onlar bunu məqsədəuyğun saymırlar”.

Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar