Atom sualtı qayıqda həlak olanların ikisi Rusiya qəhrəmanı olub

Rusiya prezidenti Vladimir Putin Barens dənizində Atom sualtı qayıqda baş verən yanğın hadisəsi ilə bağlı müdafiə naziri Sergey Şoyqu iə görüşüb. APA nın Moskva bürosunun verdiyi məlumata görə, ölkə başçısı müdafiə nazirinə hadisə yerinə getməyi və hadisənin təfərrüatları barədə ətraflı məlumat verməyi tapşırıb.

Rusiya prezidenti sualtı qayıqda həlak olan 14 nəfərin yaxınlarına baş sağlığı verib. O, baş vermiş hadisəni böyük itki adlandırıb: "Həlak olanlardan 7 nəfəri birinci dərəcəli kapitan, iki nəfəri isə Rusiyanın qəhramanıdır".

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Hərbi Dəniz Filotilyasına daxil olan elmi-tədqiqat gəmisində yanğın nəticəsində 14 nəfər həlak olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar