Türkiyə Rusiya şirkətindən 3 ədəd helikopter alıb

Türkiyə Rusiyanın “Rossiyskie vertoletı” şirkətindən 3 ədəd Ka-32 helikopteri alıb.

“Anadolu” agentliyi xəbər verir ki, bunu jurnalistlərə şirkətin icraçı direktoru Andrey Boqinski Moskva vilayətində keçirilən ARMY-2019 forumunda deyib.

A.Boqinski bildirib ki, şirkət Türkiyə tərəfi ilə bağlanmış kontraktın şərtlərini yerinə yetirərək qarşı tərəfə 3 ədəd Ka-32 helikopterini təhvil verib. Onun sözlərinə görə, Moskva və Ankara gələcəkdə daha bir neçə helikopter satışı üzrə razılığa gəliblər.

Türkiyəyə Ka-32 helikopterlərinin satışı üzrə kontrakt ötən il Antalya şəhərində keçirilmiş Eurasia Airshow sərgisində bağlanmışdı. Bu texnikadan yanğınsöndürmə məqsədləri üçün istifadə olunacaq.

AzərTAc bildirir ki, S-400 raket komplekslərinin satışından sonra Moskva ilə Ankara arasında hərbi-texniki əməkdaşlıq daha da genişlənib. Türkiyə yaxın gələcəkdə Rusiyadan hərbi təyyarələrin də alınması üzrə danışıqlara başlayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar