“ABŞ BİZƏ HÜCUM ETSƏ, İSRAİLİN YARIM SAAT ÖMRÜ QALAR!” - İran generalları qan-qan deyirlər

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif təsdiqləyib ki, Tehran ABŞ-ın basqısına tabe olmayacaq. О, Vaşinqtonu iranlıları heç vaxt hədələməməyə və İrana sayğı göstərməyə çağırıb.

İranın “Tasnim” informasiya agentliyi məlumatlı qaynaqlara istinadən xəbər verib ki, Tehran İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) çərçivəsindəki öhdəliklərin icrasını azaltmağı davam etdirəcək, çünki Avropa ölkələri öz öhdəliklərinin bir bölümünü yerinə yetirməyib.

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Xatəm əl-Ənbiyadakı qərargahnın rəisi, general-mayor Qulaməli Rəşid bildirib ki, İran silahlı gücləri düşmənin İran adaları, dəniz, quru və hava sərhədlərinə qarşı istənilən təcavüzünə sarsıdıcı zərbə vurmağa hazırdır.

İran xarici işlər naziri Tehranda bazar ertəsi Milli sənaye və faydalı qazıntılar Günü münasibətilə mərasimdə bəyan edib: “Amerikalıların İrana basqısı ABŞ-ın bölgəsəl və kürəsəl səviyyədə ardıcıl məğlubiyyətlərindən doğur”. Məhəmməd Cavad Zərif qeyd edib ki, İran nüvə sazişi sayəsində Amerika sanksiyalarından qurtulub və bölgədə və dünyada önəmli rol oynamağa başlayıb ki, bu da Vaşinqtonu acıqlandırıb. Bu haqda İranın “ISNA” agentliyi xəbər verib.

Zərif vurğulayıb ki, İran ABŞ administrasiyası tərəfdən basqıya tabe olmayacaq. O, düşməni Tehranın ünvanına hədələr yağdırmaq əvəzinə “sayğı göstərməyə çağırıb”. XİN başçısı bildirib: “İran son illərdə göstərib ki, sayğının cavabında o da sayğı göstərir və basqıya qarşı hərəkət edir. Biz dünya dövlətlərini bizimlə sayğı dilində danışmağa və bu zaman İrana heç vaxt hədə gəlməməyə vadar edərik”.

Zərif ABŞ sanksiyalarından yan keçməklə Tehranla ticari hesablaşmalar üçün Böyük Britaniya, Almaniya və Fransa tərəfindən mexanizm yaradılmasını alqışlayıb. Bu mexanizm INSTEX (“Ticari mübadilələrə dəstək üçün alət”) adlanır. Bu haqda Tehranın nüvə proqramı üzrə Vyanada İran təmsilçiləri və “1+4 qrupu” arasında keçirilən danışıqlar başa çatandan sonra bildirilib. İran diplomatı deyib ki, INSTEX-in strateji mənası var, çünki indi ABŞ-ın ən yaxın müttəfiqləri (Avropa) beynəlxalq ticari münasibətlərdə ondan aralanmağa başlayırlar. İran xarici işlər naziri əlavə edib: ““INSTEX” avropalıların öhdəlikləri yerinə yetirmək üzrə İranın gözləntilərinə yetərli cavab deyil”.

Zərifin sözlərinə görə, Vaşinqton Amerika dollarının diktatından yararlanaraq İrana çoxdan iqtisadi basqı göstərməyə çalışır, Tehran buna görə də başqa ölkələrlə qarşılıqlı ticari əməliyyatlar keçirərkən Amerika valyutasından əl çəkmək niyyətindədir.

O, qeyd edib: “Ötən il Türkiyə ilə ticarət əməliyyatlarımızın 35%-i dollarsız aparılıb. Rusiya və Çin bu yaxınlarda Amerika valyutası olmadan ötüşmək qərarına gəlib. ABŞ dollarının beynəlxalq sövdələşmələrdəki rolu azalır”.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranla ticari hesablaşmalar üçün Avropa mexanizminin yaradılmasını alqışlayıb, amma İran tərəfindən son günlər səsləndirilən rəsmi bəyanatlar xəbər verir ki, atılan addımlar yetərli deyil. Tehran nüvə sazişi üzrə öz öhdəliklərini azaltmağı davam etdirmək qərarına gəlib.

İranın “Tasnim” agentliyi məlumatlı qaynaqlara istinadən xəbər verir ki, İran 2019-cu il iyulun 7-dən sonra BHFP çərçivəsində öhdəlikləri azaltmağın ikinci mərhələsinə başlayır.

Qaynaqların fikrincə, BHFP üzrə İranın şərtləri yerinə yetirilməyib, Avropanın INSTEX mexanizminin yaradılması isə İranın gözləntilərinə gərəkli cavab deyil.

İranın bəyanatları BHFP-i yerinə yetirməyə nəzarət üzrə Birgə Komissiyanın xarici işlər nazirləri səviyyəsində qarşıdakı toplantısı və Fransa prezidenti Emmanuel Makronun İrana mümkün səfərinə yaxın ərəfədə səslənir. ABŞ prezidenti Donald Tramp bu haqda Yaponiyanın Osaka şəhərində “Böyük iyirmilik” görüşü zamanı mətbuat konfransında bildirib.

İran Ali Milli Təhlükəsizlik Şurası amerikalılar tərəfindən iqtisadi basqının cavabında 2019-cu il mayın 8-də BHFP üzrə iki öhdəliyini dayandırıb, Böyük Britaniya, Fransa və Almaniyanın simasında “Avropa üçlüyü”nə, habelə Çin və Rusiyaya bildirib.

İran keçən ay elan edib ki, zənginləşdirilmiş uran və ağır suyun saxlanması sahəsində məhdudiyyətlərə əməl etməyəcək. BHFP iştirakçıları Amerika sanksiyalarının tətbiqinin nəticələrini yumşaltmaq üçün öhdəlikləri yerinə yetirməsələr ,Tehran uranı zənginləşdirmək və Əraqdakı nüvə reaktorunu modernləşdirmək üzrə işi təzələyəcək.

Avropa Birliyi xarici siyasət idarəsinin başçısı Frederika Moqerini bazar ertəsi bildirib ki, Avropanın daha yeddi ölkəsi ən yaxın vaxtlarda INSTEX-ə qoşulmağa hazırdır.

İran iki həftə əvvəl Hörmüz boğazı üzərində ABŞ pilotsuzunu vurandan sonra Vaşinqton və Tehran arasında kəskinləşən münaqişə fonunda İİKK-in Xatəm əl-Ənbiyadakı qərargahının rəisi, general-mayor Qulaməli Rəşid bildirib ki, İran silahlı gücləri düşmənin İran adaları, dəniz, quru və hava sərhədlərinə qarşı istənilən təcavüzünə sarsıdıcı zərbə vurmağa hazırdır.

Onun sözlərinə görə, savaş başlanarsa, onun sürəkliliyi və ya miqyası haqda heç kim proqnoz verə bilməz. ABŞ prezidenti Donald Tramp çərşənbə günü “Fox News”-a müsahibədə bildirib ki, ABŞ və İran arasında savaş başlansa, qısa olacaq.

General-mayor Qulaməli Rəşid bildirib: “ABŞ İraq və Əfqanıstana qarşı 7 trilyon dollar xərcə vadar edən təcavüzdən dərs götürməlidir. Amerikalılar İrana hücum qərarına gəlsələr, yüksək bədəl ödəməli olacaqlar”.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət üzrə Komissiyasının sədri Mohtab Zunnur qeyd edib ki, ABŞ prezidenti Donad Trampın İrana hərbi zərbəni cəmi on dəqiqəyə durdurduğu haqda bəyanatı “siyasi uydurma” idi. О deyib ki, “onlar (amerikalılar) hücumun uğurlu olacağını əvvəlcədən görsəydilər, bunu ləğv erməzdilər və bu, şübhəsiz baş verərdi”.

Mohtab Zunnur Trampı savaş adamı kimi deyil, ancaq pulun həyəcanlandırdığı biznesmen kimi səciyyələndirib. Zunnur “əl-Ələm” telekanalına müsahibədə söz verib: “ABŞ bizə hücum etsə, onda İsrailin yarım saat ömrü qalar”.

İran siyasətçisi bildirib: “Amerikalılar öz hücumlarının uğurlu olacağını bilsəydilər, onu ləğv etməzdilər. Amma ABŞ prezidentinin müşavirləri iflası qabaqcadan görüblər, İranın gücü isə Amerika təcavüzünün dayanmağına səbəb olub. Qeyd etmək gərəkdir ki, ABŞ-ın Yaxın Şərq bölgəsindəki 36 hərbi bazasının hamısı İranın müşahidəsi altındadır”. Al Araby Al Jadeed (Böyük Britaniya)

Almaniya, Fransa və Böyük Britaniya elan ediblər ki, "INSTEX” (Instrument In Support Of Trade Exchanges) Avropa Birliyi ölkələrinin hamısı üçün açıqdır. İranla aparılacaq ticarətlə əlaqədar hazırlanmış bu ödəmə sistemi ABŞ-ın nəzarətindəki “SWIFT”-in yerini tutmalıdır. ”INSTEX”-in mərkəzi ofisi Parisdə yerləşir. Bu sistem pulun üçüncü əldən keçməsinə imkan verəcək ki, belə olan təqdirdə ABŞ-ın təsir zonasından yan ötmək olar.

Avropa ilə İran arasındakı ikitərəfli ticarətin həcmi 20 milyard avrodur. İrandan Avropaya əsasən neft və neft məhsulları ixrac olunur. Rusiya və Çin də bu sistemə qoşulmaq niyyətində olduqlarını bildirsələr də, Avropa Birliyi onları çətin ki, bura daxil etsin. Çünki sistemə özü nəzarət etmək istəyir.

Bütün bunların hamısı həm də siyasi xarakter daşıyır. Çünki Avropa tədricən maliyyə klirinq sistemində öz bazasını qurmaq fikrindədir. Onlar bunu İran məsələsi olmadan  da planlayıblar. Hazırda Tramp administrasiyası Avropaya qarşı sərt ticarət əməliyyatlarına başlayıb. Hələlik Avropa məhsullarına qarşı böyük əngəllər qoyulmasa da, gələcəkdə hər şey ola bilər. Belə ki, Tramp çalışır ki, ABŞ-ın yerli bazarını kənar təsirlərdən qorusun.

İran və ABŞ münasibətlərindəki gərginlik artıq 40 ildir ki, sürür. Amerikanın 2006-ci ildə İranı vurmaq imkanları indikindən böyükdü. Belə ki, İraqda 150 min, Əfqanıstanda da isə 90 min ABŞ əsgəri vardı. Əgər biz  hadisələrə daha diqqətlə yanaşsaq, onda görərik ki, Amerikaya qarşı İranın haradasa gizli müttəfiqləri də var. Məsələn, hamı Avropanı Amerikanın ən yaxın tərəfdaşı sayır. Ancaq Avropa dövlətləri İranla ticarətdən heç zaman vaz keçməyiblər.

Vaqif NƏSİBOV

635x100

Şərhlər

cavab 2019-07-04 08:20:52

Bu sevgi bizə İngilis siyasətindən miras qalıb.

Türk 2019-07-04 08:20:52

t.ədalət yadnda saxla bu mənfur ABŞ bilsə ki,İrana qalib gələcək çoxdan iranı vurmuşdu.O ki,qaldı İsrailin gücünə o da mifdir.Ehtiyatda olan ir hərbiçi kimi bunu deyirəm.Birdğ ki,sizdə bu Türk və müsəlman dünyasının düşməni olan ABŞ-a və İsrailə olan sevginin hardandır.

sual 2019-07-04 08:20:52

abş hücüm edə bilirsə bəs kimi gözləyir?

t.ədalət 2019-07-04 08:20:52

İranın bəyanatı yalandır.ABŞ hücum etsə az müddətə darmadağın olar.İsrailin müdafiə sistemini,çətin ki İran yara bilər.

Son yazılar