"NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİSİ OLMAYACAQ" - YAP-dan qəti açıqlama

"Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmirəm. Ola bilsin ki, jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər. Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hər hansı səbəb yoxdur".

"Report" xəbər verir ki, bu fikirləri Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

O xatırladıb ki, bu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək: "Konstitusiyada göstərilib ki, parlament seçkiləri 5 ildən bir - noyabr ayında keçirilməlidir. Qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək".

635x100

Şərhlər

t.ədalət 2019-07-04 12:36:02

Cənab prezident ölkədə idarəetməni lazımi səviyyəyə yüksəldə bilib.İndi iqtidar-müxalifət bölgüsü də yavaş-yavaş aradan qalxır.Xüsusilə,pensiya və maaşların artırılması göstərir ki,dövlət yeni və xalqa uyğun siyasi kursla hərəkət edir.Ancaq ölkədə baş verən bəzi çatışmazlıqların bir səbəbi var ki,o da YAP-çılıqdır.Elə bilirəm ki,Prezidenti ömürlük seçməklə xalqı YAP-ın əngəllərindən xilas etmək olar.Çünki Tağı Əhmədovdan tutmuş Fazil Məmmədova qədər maliyyə .... YAP yetişdirib.

Məmmədəmir 2019-07-04 12:36:02

Azərpoçt 6 aydır bizim YAP-nın üzüvlik haqqını Binəqədi YAP şöbəsinə keçirtmir nədəki pulumuzu bizə vermir biz özümüz üzüvlik haqını ödəyək.

Səadət Ənvərqızı 2019-07-04 12:36:02

Əli müəllim,Sizə uzun ömür cansağlığı arzulayıram. Həqiqətəndə Siz dövlətimizi, xalqımızı və öz xidmətlərinizlə cənab Prezidentimizi qəlbən sevən dəyərli bir məmursunuz. Uzun illər idi ki,ailəmə qarşı olan haqsızlıqlarla əaqədar hara müraciət edirdimsə,qanunsuz cavab verilirdi. Sizə bir dəfə müraciət etməklə,müraciətimə obyektif yanaşaraq və nəzarətə götürərək ƏƏSMN-nə göndərdiniz və araşdıraraq qanuni cavab verildi. Sizi kimi dəyərli bir məmuru,Ulu Tanrı qorusun. Amin !

Son yazılar