“DÜNYANI QARIŞDIRAN ZƏNGİN YƏHUDİLƏRDİR...” – “Dialoq olsa, Qarabağ problemi həllini tapardı”

“AzPolitika.info” politoloq Zərdüşt Əlizadə ilə Rusiya-Amerika münasibətləri, İran ətrafında baş verənlər, Rusiyaya qarşı sanksiyalar və digər mövzularda söhbət edib.

Müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, dünyada gərginliyin əsas qaynağı kimi göstərilən Amerika-Rusiya münasibətlərinin indiki real vəziyyətini necə xarakterizə edərdiniz?

- Amerika ilə Rusiya arasında həm əməkdaşlıq, həm də rəqabət atmosferində münasibətlər davam edir. Bunun sadə izahı var. Vaşinqton çalışır ki, Putin Rusiyasını özünə tabe etsin. Kreml isə bunu rədd edir və çalışır ki, Amerika Putin Rusiyasını bərabərhüquqlu tərəf müqabili kimi qəbul etsin. Hərçənd ki, ABŞ bunu istəmir, çünki Rusiya iqtisadi imkanlar baxımından ondan qat-qat zəifdir. Bununla belə bir çox məsələlərdə onların mənafeləri üst-üstə düşür. Asılı ölkələri əzmək, onları istismar etmək məsələsində bu iki güc mərkəzi faktiki həmrəydir. Onların ortaq və fərqli mövqeləri də açıq görünür. Sözsüz ki, rəqabət daxilində qarşıdurma da var. Hərbi, geosiyasi, iqtisadi sahədə amansız rəqabət və qarşıdurma gedir. Amerika çalışır ki, Rusiyanı bir çox xammal bazarlarından, qaz-neft bazarından sıxışdırıb çıxarsın, imkanlarını məhdudlaşdırsın, strateji boru xətlərini Rusiyadan deyil, başqa ölkələrdən keçirsin. Rusiya da son 30 ildə bunun qarşısını almaq üçün var gücü ilə çalışır. Məsələn, Rusiya Ukraynada buna nail oldu. Yəni Türk Axını, Şimal Axını, Şimal Axını-2 layihələrini çəkir, ABŞ buna mane olmağa çalışsa da, istədiyini əldə edə bilmir. Yalnız Azərbaycanda neft və qaz kəmərləri Gürcüstan üzərindən Türkiyəyə və Avropaya çıxır. Bu da Amerikanın hərbi-siyasi məqsədlərinə xidmət edirdi.

- Nə mənada xidmət edirdi?

- O mənada ki Qafqaz bölgəsində Rusiyanın nüfuzunu azaltsın. Bu məsələdə Heydər Əliyevlə əməkdaşlığa gedildi və nəticədə Amerika uğur qazana bildi.

- Artıq Azərbaycan Avropaya qaz nəql edəcək kəmərin tikintisini də başa çatdırmaq üzrədir. Bu, Rusiyadan kənarda keçən bəlkə də yeganə qaz xəttidir. Hansı səbəblərdən Rusiya Azərbaycanın qaz və neft layihələrini poza bilmədi?

- O zaman Heydər Əliyev Rusiyanın Azərbaycana mümkün qədər ziyan vurmasına, təzyiqlər göstərməsinə razı oldu. Amma Rusiya onun siyasi hakimiyyətini sarsıda bilmədi. Nəticədə ölkəyə təzyiqlər edildi, rus qazından məhrum olundu, əhali ağacları qırıb birtəhər qış fəslini yola verdi, cəbhədə ermənilərə ruslar hər cür dəstək verdi və s. Amma nəticədə Heydər Əliyev Qərblə münasibətləri saxladı və çalışdı ki, onun rejimini qəbul etsinlər. Qərb də onu və daha sonra oğlunu qəbul etdi. Beləcə Heydər Əliyev qurduğu rejimi saxladı və Qərbdən də hər cür dəstək aldı. Ancaq o zaman çəkilən qaz-boru xətti ilə bağlı başqa variantlar da ola bilərdi.

- Hansı variantlar?

- Məsələn, o zaman 300 milyon xərcləyib kəmərləri İrandan keçirmək olardı, nəinki 4 milyard xərcləyib Gürcüstan və Türkiyə üzərindən keçirmək. O zaman Azərbaycanın büdcəsi 300 milyondan çox olmazdı. Yəqin ki, 300 milyonla 4 milyard arasındakı fərqin nə dərəcədə böyük olduğunu bilirsiniz.

- Sizcə, hansı səbəblərdən belə ucuz başa gələn İran variantına üstünlük verilmədi?

- Amerika buna üstünlük vermədi və Heydər Əliyev də Amerikaya görə Gürcüstan və Türkiyə xəttini seçməli oldu. Məncə, İran variantı bizə daha çox uğur gətirə bilərdi. İranla münasibətlərimiz yaxşı olardı, Tehran Ermənistana indiki qədər yaxınlıq etməzdi, Cənubi Azərbaycanla iqtisadi yaxınlaşma olardı və s. Ancaq bu baş vermədi.

- ABŞ və Rusiya arasında rəqabətin ən ciddi istiqaməti hansıdır?

- Mən deyərdim ki, silahlanma yarışı. Bu, az qala “soyuq müharibə” dövrünü xatırladır. Əlbəttə, Rusiyanın iqtisadi imkanları qat-qat zəifdir, amma Sovetlər Birliyi zamanı yaranan müəyyən texnoloji əsaslara söykənərək silahlanma rəqabətini davam etdirir.

- Osakoda keçirilən G-20 zirvəsində ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Putini təriflədi, ona xoş münasibətini açıq ifadə etdi. Doğrudanmı ABŞ-ın Rusiya ilə bağlı qorxutmaq ritorikasına əsaslanan xarici siyasətindən imtina olunur?

- Hesab edirəm ki, ABŞ-ın Rusiya ilə bağlı siyasətində heç bir yeni nüans yoxdur. Çünki ABŞ xarici siyasət vektoru heç vaxt dəyişmir. Həmişə dünya ağalığına, ABŞ şirkətlərinin xaricdəki mövqelərini gücləndirməyə yönəlir. Bu məqamlar Donald Trampın dövründə üzünü daha qabarıq göstərir.

- Amma Trampın Putinə yaxınlaşması, onu “yaxşı oğlan” adlandırması anlaşılmazlıq yaradıb...

- Bəli, nəzərə alın ki, Donald Tramp da artıq yavaş-yavaş diplomatik təcrübəyə sahiblənir. Əvvəl dizinə döyüb deyirdi ki, bu belə olmalıdır, indi isə nisbətən diplomatik imkanlardan istifadə etməyə çalışır.

- Artıq 3 ilə yaxındır ki, ABŞ Rusiyaya sanksiyalar tətbiq edir. Bu sanksiyalar Rusiyada hansı izləri buraxıb?

- Vaşinqton 1960-cı ildən bu yana Kubaya qarşı sanksiyalar tətbiq edib. Nə mənası olub? Eləcə də İran - 1980-cı ildən sanksiyalar altındadır.

- İddia edirsiniz ki, bu sanksiyaların heç bir effekti yoxdur?

- Yox, bu sadəcə daxili istehlak üçündür. Göstərirlər ki, biz nəsə edirik. Amma heç nə edə bilməzlər. Rusiya elə böyük və zəngin dövlətdir ki, bu sanksiyalar ona ciddi təsir edə bilməz. Rusiya hökumətinin iqtisadi siyasətinin çox uğursuz olmasına, hakimiyyətin oğruların əlində cəmləşməsinə, elmi-iqtisadi potensialın dağıdılmasına baxmayaraq, Rusiya böyük və zəngin məmləkətdir. Bundan sonra da sanksiyalara dözməkdə davam edəcək.

- Hazırda İran ətrafında gərgin bir vəziyyət yaranıb. İndiki mərhələdə ABŞ və Rusiyanın İranla bağlı mövqeyində hansı fərqlilik və oxşarlıq var?

- Tramp çalışır ki, İranı ram edərək diz çökdürsün. Beləcə İsrailin və bəzi satqın ərəb ölkələrinin rəqibini sıradan çıxarsın. Rusiya isə çalışır ki, bu qarşıdurmadan öz bəhrəsini götürsün. Sadə yanaşma bundan ibarətdir. İndiki halda Rusiya İran məsələsində daha çox Tehranla müttəfiqdir. Elə Avropa Birliyi də Trampın anti-İran siyasətini dəstəkləmir və bunu kəskin tənqid edir.

- Ancaq tarixi təcrübəyə baxanda aydın olur ki, həm I Dünya, həm də II Dünya müharibələri zamanı ruslar və ingilislər İran məsələsində razılığa gələrək bu ölkədə maraqlarını təmin ediblər...

- O zamanla indiki zaman fərqlidir və İran da həmin İran dövləti deyil. O zaman İran bir dövlət kimi həddən ziyadə zəif idi. İndi isə İran bölgədə çox güclü dövlətdən biridir. Odur ki, siz dediyiniz fakt olsa da, bu dəfə onun təkrar ediləcəyi birmənalı istisna edilir.

- Deməli, İran vurulacaq və ya bölünəcək...

- Yox, indiki halda mən gözləyirəm ki, Amerika səfeh siyasətindən geri çəkəcək. Yox, əgər geri çəkilməsə və davam etsə İrandan heç nə əldə etməyəcək. Xatırlayırsınızsa bir neçə gün əvvəl məlumat yayıldı ki, ABŞ Prezidenti Tramp İranın müəyyən obyektlərinə zərbə endirmək haqda qərar verib, lakin zərbə anında qərarından imtina edib. Hesab edirəm ki, bunu lotuluq və blef kimi qəbul etmək daha düzgün olardı. Onda İran ABŞ dronunu öz hava məkanında vurdu. ABŞ hərəkətləri isə sadəcə məhəllə uşaqlarının “gələrəm, vuraram, yortaram” jarqonuna bənzəyir. Məncə, buna fikir vermək lazım deyil.

- Krımın ilhaqından sonra Rusiyanı Avropa Şurası Parlament Assambleyasından faktiki çıxarmışdılar. Ancaq yay sessiyasında Rusiya nümayəndə heyətinin səsvermə hüququ alqışla bərpa edildi. Avropa-Rusiya xəttində nə baş verir?

- Bu onu göstərir ki, sanksiya siyasəti səmərəsizdir. Danışmaq, dialoq aparmaq lazımdır. Bir daha qeyd edirəm ki, Kubaya qarşı 1960, İrana qarşı isə 1980-cı ildən sanksiya tətbiq edilir. Amma nəticə yoxdur. Mən ABŞ və Rusiya arasında dialoqun olmasını arzu edirəm. Bütün problemlər qarşılıqlı mühakimə, razılaşma, anlaşma əsasında həll edilsin. Əks halda yırtıcılar dünyada qalib gələcək, dövlətlər bir-birilə boğuşacaq, insanlar öləcək. Məsələn, dialoq olsaydı Qarabağ problemi Aland modeli əsasında həllini tapardı, insanlar rahat yaşayırdı. Ordulara xərclənən pullar insanların cibinə gedərdi. Eləcədə, Suriya, İraq, Ukrayna, Əfqanıstan, Gürcüstandakı mövcud problemlər həll olunardı. Amma buna imkan vermirlər. Çünki müharibədən qazanan böyük qüvvələr və dövlətlər var. Henri Ford bəyan edirdi ki, dünyada 50 ən zəngin yəhudini 5 il müddətinə təcrid edin, dünyada bütün münaqişələr və problemlər həll ediləcək...

- Yəni bütün problemlər onlardan gəlir?...

- Dünyanın maliyyə və sənaye oliqarxiyasının əsası bizim yəhidi qardaşlarımızdadır. Onlar bu işləri qarışdırırlar. Onlar indi də Donald Trampın ətrafındadır. Trampın qızı İvanka yəhudi dinini qəbul edib, kürəkəni Kuşner yəhudidir. Ümumiyyətlə, ABŞ-ın media və maliyyə sahəsinin 70 faizi yəhudilərin əlindədir. Onlar bir çox şeyi müəyyən edirlər, o cümlədən seçki məsələlərini.

- Demək dünyada hələ gərginlik və qarşıdurmalar davam edəcək...

- Təəssüf ki...

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Geber-ə 2019-07-04 20:04:46

Meşədi İbad demişkən "A kişi mən Tarix-nadiri yarısına kimi oxumuşam" və az çox savadım da var, baxışlayın məni VALLAH sizin şərhinizdən bir şey anlamadım və inaniram ki sadə xalq da anlamadı.Yəqin ki bu şərhi sadə xalqı nəzərə alaraq yazırsınız.Qardaş məzələnirsən camaatla.Azpolitika siz məgər Geber-in şərhlərini oxumursunuz, xalqın mənasız yerə vaxtını alır? Geber-in şərhləri demək olar ki həmişə bu gündə olur.Əgər siz oxuyub başa düçürsünüzsə zəhmət olmasa xalqa da "tərcümə" edin.

Geberə 2019-07-04 20:04:46

Sizin uzun uzadı yazdığınızı interes üçün oxudum sanki Abramla Saranın məhşur lətifəsini xatırladır yazdıqlarınız.Lətifədən qısa parçalar;Sara-Abram, fikir etmə, hər işi Allah tənzimləyir, hər şey onun istədiyindən gəlir. Abram- Sara, məndə gözəl bilirəm, hər şey onun istədiyindən olur, amma bu günki hadisədə, olan peşəkarlıq, sənin istədiyindən oldu.

Geber 2019-07-04 20:04:46

müstəqil məntiqli şuura malik hər birimiz və ya korporativ qrup olsun , hər biri ayri ayriciliqda :_dünyani idarə edən qar topu kimi bərkisədə :_ ortada və ya sonda əriyəcəkdir . Ən boyüyü qar arvadi tək bir qiş mövsumu daxilində ömrü var : _müəyyən müddətdə qar topu tək : dövlət və ya onun vəlahəddi kimin əlində sixilmaqla bərkiyibsə :_ öz ailəsini uşaqlarini lap kəndini ölkəsini idarə etsə də belə sonda əriyib ümümibəşəri xaosa selə dənizə şuursuz sularin cəmi Qanq çayinin lilinə çevrilməklə , dayaniqli bir məntiqsizliyə söykəncəkdir. Yəni dünyani hec kəs idarə edə bilməz nəinki dünyani balaca bir kəndi də . Dünyani yəhudi vəyaxud inğilis korporotiv qrupun idarə etməsi fantaziyalari :_ nə qədər cəlbedici olsa da belə ,yəhudilərlə anqlosaksalarin əslində isə insanin özünün fəaliyyət primitivliyi bunu qeyri mümkün bir nəzəriyyə olduğunun subutudur. Misal azəriləri bu saatda heç bir korporativ qrup istıdiyi kimi idarə edə bilməz. Beləki bir qrupun heğemonluqu lap bir kənd daxilində və ya üç qonşu arasinda diğər qruplarin yalniz ağildan zəifliyi üstundə qurulub , Real Madrid futbolçularinin məhəllə pensionerlərinə qarşi oyunu kimidir , beləki əğər toplum müsəlmanlar vəyaxud hindustanlilar ərəb və pakistanlilar olsun . yəni ğeridə qalmiş arxaik cəmiyyətlərin varliği . Analoğiya sadədir istənilən tikinti şirkəti məhəlləyə ğirən kimi 50 il dost və qonşularin hər biri diğər qonşunun maraqini Tikinti Baronuna satmaqla beş on min qabaqa düşmək istəyir nəticədə Tikinti şirkəti hamini biri birisinə qarşi qoyur və hamini aldadir. İndiyə qədər üç qonşu bir yerdə eyni qiymətə evini satmayib bu hal Tikinti şirkətinin super ğücə malik olmasinin təsdiqi deyil . Bildberd klubu və yaxud ona qədər məlum mason klublari və diğər ğurultulu klublar Bank və trast təşkilatlari təssuflə qeyd edirəm ki :_misal yəhudilərin dynya düzümündə at çapmalari haqda yanliş nəzəriyyələrin heç birinin elmi praktik məntiqli nə izahi nə də əsasi yoxdur , bunun izahi psixi dolğularin kənərdan müdaxiləsi haqda :_ ehtiyyat anbar açarlarin kapitala malik insanlarda özu özünün qapisini aça bilməməsindədir. Xəsisliklə bir sitat yaziram ikincisini isə yox :_hər bir kəsin qapisi içəridən deyil , çöldən içəriyə açilir bir şərtlə ki qapinin astar üzünü bilsən , necəki yəhudilər ağladiqi Divarin astar üzünü bilmədikləri ücün hər bir yəhudi dunya millətlərini lut qoyandan sonra həmin divari ziyarət edir və qarşisindaki daşa ağlayir . Misal ermənilərin qapisi haradan açilir sualina 30 ildir ki , Azərbaycan ÖenŞtabi və məxvi orqanlari cavab tapa bilmir biləni də yaxina buraxmir . Yerevanda yatan səssiz amerikalar bu sirri tapa bilib , onlardan da qabaq iranlilar tapib lakin Kremldəkilər isə yox . Beləki ermənilərin qapisi dudukla açilir hüzünlü kilsə psalmalari ilə bu astar üzüdürsə pencəyi biçməyə nə var ki ? Hami erməniyə birinci astari yox pencəyi biçdiyi üçün hami aldanir erməni aldatmir buna ağli yoxdur . əlində qayçi olan biçə bilmir. Dünya yollari komunikasiyalar dəniz əlaqələri uçaqlar internet bu əlaqələr sixlaşdiqca insanlarin şuurlarindan kənar və ətrafda baş verən burulğanlara iradəsi ilə müdaxilə edə bilməz !! zəifliyindən hər bir fərd beynində yanlişliqla idarəolunan xaos haqda şərti düyməyə start verir. Necəki hami qonşunun ğözəl cəlbedici arvadina rəğbətlə baxir və məntiqsiz lakin fizioloji məntiqli fantaziyalarina start verir . Sərsəm və məntiqsiz dünyada o xalqlar üğür qazanir və qazanacaqdir ki . həmin xalqlar ətrafda cərəyan edən burulğanli lil sularin daxilində yol ayricilar haqqinda dəqiq məlumatli olsun . belə məlumati olmadiği təqdirdə məlumati olanin ehtiyacin pulla alsin . Əks halda istənilən toplum lap Eynşteynlərdən ibarət olsun diğər toplumlarin həzm rabelərindən elə üsüllarla keçəcəklər ki . o dunyadada məlumatsiz olacaqlar , necə ki ruslar kimi anadanğəlmə intellektual bir xalq 1993 –cü ildən üzü bəri Hitlerin arzuladiği OST planindan da ağir bir planin içində Qərbin şirin saqqizli tüpürcəklərində çabalayirlar . Kİm bu ğün qarşisindaki qara divarda qapini tapa bilirsə istərsə qul bazarnda olan fəhlə olsun . həmin şəxs dunyani idarə edir . Dunya bir marşrut avtobusudur mindin ğetdin ünvanina biləcər yerinə Masazira yox.

Arif 2019-07-04 20:04:46

Amin!

Köhnə azərbaycanlı 2019-07-04 20:04:46

Ən yeni tarixdən məlumdur ki ən azından 1900-1988-ci illər arasında erməni rəhbərləri həmişə DQ-ı Azərbaycandan qoparmaq üçün yollar aramış və erməni xalqını da bu yolda gizli-aşkar səfərbər etmişlər.Biz isə qonşuluğumuzda olan bu boyda təhlükəni düzgün qiymətləndirməmişdik.Yəqin ki yaşlı nəsil yaxşı bilir ki DQ münaqişəsi başlayanda xalq və o vaxtki ölkə rəhbərləri nə hərbi, nədəki idyoloju cəhətdən bu savaşa hazır deyildi.Daha döğrusu o boyda sovet hökümətinin bizi ermənilərin ayağına verəcəyinə inanmaq istəmirdik.Tez-tez adını dəyişən komitələrlə və dəyişilən rəhbərlərlə bizi aldadaraq vaxt udmağa çalışırdılar.Yəni münaqəşə başlayanda nə baş vediyini düzgün qiymətləndirsəydik, yəqin ki 31 ildə bu vəziyyətə düşməzdik.Qardaş Türk dövlətinin siyasi gedişləri fikrimcə bizə örnək olmalıdır.ALLAH bütün türk dünyasını və o cömlədən Azərbaycanımızı qorusun.

Köhnə azərbaycanlı 2019-07-04 20:04:46

Azpolitikaya müsahibədən savayı maraqlı şərhləri verdiyinə görə təşəkkürlər.Hörmətli Zərdüş bəyin müsahibəsini, hörmətli Arif bəy və “Sual”-ın şərhlərini diqqətlə oxudum.Əlbəttdəki hər bir yazarın şərhində tutarlı arqumentlər var və sayğı ilə yanaşıram.”Sual”-ın “siyasi oyunlar müstəvisinə əxlaq/mənəviyyat normaları ilə daxil olmaq səfehlikdir”-sitatı çox yerinə düşən deyimdir.Fikrimcə siyasi oyunları məşiyyət qaydaları ilə oynamaq olmaz.Yəni dövlətlər arasında yaxşı qonşu ifadəsi işlətmək sadılövlükdür.Ən yeni tarixdən göründüyü kimi II dünya müharibəsində Rus imperiyası demək olar ki bizim neftimizlə qalib gəldi, qazancımız isə 20 yanvar, DQ və Xocalı qətilyamı oldu.Yaxud bu qədər investitsiya yatırdığımız və pis gündə əl tutduğumuz Gürcüstan, bir anın içində üzləri döndü.Ermənilərin, İranın və Türkmənistanın adını çəkmək istəmirəm.Sadəcə demək istəyirəm hər bir qonşu ölkələrin ölkəmizdən öz xeyrlərinə umacaqları var və özləri üçün sərfəli məqam hiss edən kimi hucuma keçirlər.Bu səbəbdən kiməsə etibar etmək sadəlövlükdür.Sadəcə xalqın başında olan ölkə rəhbərləri ayıq olmalı, yarana biləcək təhlükələrdən vaxtında xəbər tutmalı və yaranan qığılcımlar sərt şəkildə vaxtında söndürülməli və qığılcımın alova çevrilməsinə imkan verilməməlidir.

Arif 2019-07-04 20:04:46

ardı-çıxartsınlar sonrası nöbbə gəlib Benqal körfəzinə çata bilər ordada onsuzda vəziyyət sakit deyil bu körfəzin dövlətləridə Qərbin siyasətinə qarşıdırlar onlarda gözəl bir misalda var "çayda iki balığ dalaşırsa demək yarım saat ondan qabaq ordan İngilis keçib"hələdə bizə tam məlum deyilki Hüsülərin arxasında konkret hansı dövlətlər qalır İranı deyirlər axı İranın Yəmənlə sərhəddi yoxdur su yollarına isə ABŞ İngiltərə nəzarət edir yəni bu gün siyasəti üzdə olanlarla ölçmək yanlış olar.Əsas körfəzlərdir.

Arif 2019-07-04 20:04:46

ardı- ona görədə bir başa qırmızı xəttin üstünə gedir yəni artıq aldatmağı manever etməyi yeri yoxdur daha doğrusu başqa güclər bunu tam vaxtında anlaya bilirlər bunun üçündə səbri tükənən(zəiflər həmişə səbirsiz olurlar nə olsunki pulu var pul isə hər şey deyil Daranında pulu saysız ordusu vardı)Qərb daha doğrusu İngilis dilli dövlətlər gəlib qalıblar qırmızı xəttin yanında fala baxırlar rinq atırlar qəti qərarə gələ bilmirlər İrana görə yox xəttdə gözü olanlara görə qorxur birdən uduza Fars körfəzindən ar

Arif 2019-07-04 20:04:46

1-ci yazımda qeyd etmişəm İran ərazi cəhətdən qırmızı xəttdir eynilədə Surya düzdür Surya iran qədər əhmiyyətli olmasada böyük qaz kəmərilə Avropanı tam təmin edə biləcək gücə malikdir buna görədə gələcəkdə Surya müharibəsini Qaz müharibəsi sözü ilə tarixçilər əvəzləyəcəklər.Dünyanın iqtisadi siyasi xətləri var dediyiniz Tunuis və digər Ərəb dövlətləri bura aid etmək olmaz bizə elə gəlir Suryada qərbə qarşı Rusya İran dayanır əslində gözə görünməyən çox güclər var qərb indi onları anlayır ona görədə ardı

sual 2019-07-04 20:04:46

Eyni hadisələr Suriya kimi Tunisdə də baş verdi - demokratik dəyişikliklər tələbi, xalqın mənafelərinin prioritetliyinin gözlənilməsi tələbi və s. Hər ik ölkədə qərb düşüncəli, qərb təhsilli monarx idarə üsulu idi. Fərqi nə oldu??? Tunisdə hakimiyyət başa düşdü ki, Qərbin maraqlarına qarşı çıxmaq – ölkəni viran qoymaqdır, monarx sakitcə varidatını götürüb ölkədən çıxdı. Suriyada isə - yox, Rusiya və İran dəstəyi ilə qərblə konfrantasiya ölkəni viran qoydu, on illiklər yox bəlkədə yüz illiklər geri atdı. Ən başlıcası isə bu qarşıdurmanın sonu, istənilən halda, bizim müsəlman qardaşlarımız üçün faciəvi olacaq – Rusiyaya bel bağlamaq, qum üzərində tikinti aparmaq kimidir, geci-tezi var. O ki, qaldı Qərb və müsəlman münasibətlərinə, Yuqoslaviyadakı hadisələri yadınıza salın – Qərb, xristian ölkəsində Bosniya və Kosova müsəlmanlarını müdafiə edir, çünki bu, onun maraqlarına xidmət edir. PS. Öz gücünlə gücün yanında olmaq o deməkdir, öz maraqlarını gücün maraqları ilə uyğunlaşdıra bilirsən

Arif 2019-07-04 20:04:46

Zərdüşt Əlizadəni hərəkət dövründən tanıyıram fikirlərinə bildiklərinə çox böyük sayğı ilə yanaşıram.Zərdüşt bəy qocalmağdan bu fikirləri bölüşmür o hərəkət zamanıda qərbin apardığı siyasətə bu cür yanaşırdı yəni dinçilikdən millətçilikdən regionçuluqdan uzaq olmaq BMT-ı tərəfindən tanılan dövlətlərin sərhəddinə hörmətlə yanaşmalı güc yolu ilə başqa dövləti özündən aslı saxlamamaq seçkisinə iqtisadiyyətinə müdaxilə etməmək bir sözlə indiki dünyanı xilas etmək.Artıq gecdir hamiləlik varsa doğuşda olacaq.ard

Arif 2019-07-04 20:04:46

ardı-qaldı güclərin yanında olmağın fikiri artıq əhmiyətini çoxdan itirib birdə həmin güclərin yanında dayanan bizim kimi musalman dövlətlərin talehini görürük neçə dəfələrlə xəncəri Türkiyənin arxasından sancmaq istəyirdilər yəni güc saydığımızlarda özlərindən başqa qeyri səmimidirlər.Adicə Suryada gedən münaqişələrdə arxalandığımız güclərin tam simasını gördük güc ədalət deməkdir yoxsa terorçu dəstələri yaratmaq və yaxud dəstəkləmək güc yox zəiflik əlamətidir birdə indi mütləq güc yoxdur güclər vardır.

sual 2019-07-04 20:04:46

Yazıdan sitat:....“Heydər Əliyev Qərblə münasibətləri saxladı və çalışdı ki, onun rejimini qəbul etsinlər. Qərb də onu və daha sonra oğlunu qəbul etdi....Ancaq o zaman 300 milyon xərcləyib kəmərləri İrandan keçirmək olardı, nəinki 4 milyard xərcləyib Gürcüstan və Türkiyə üzərindən keçirmək” ...........Zərdüşt bəy, layuhəyə dəstək verib, onu reallaşdıran qüvvələr onun başlanğıcında bütün mümkün sualları razılaşdırırlar/aradan qaldırırlar, o cümlədən boru kəmərənin haradan keçəcəyini. Azərbaycana verilən dəstək isə (Rusya, Türkmənistan və İranla həlli olduqca müşkül olan problemlər şəraitində) sərbəst seçim sualını ümumiyyətlə yersiz edir. O ki, qaldı dediyiniz......sitat: “Dünyanın maliyyə və sənaye oliqarxiyasının əsası bizim yəhidi qardaşlarımızdadır. Onlar bu işləri qarışdırırlar”….siyasi oyunlar müstəvisinə əxlaq/mənəviyyat normaları ilə daxil olmaq, üzr istəyirəm Sizdən, əlbətki, səfehlikdir. Dünyanın real gücləri oyunun hansı şərtlərini müəyyənləşdirirsə, o şərtlərlə də oynamaq lazımdır və əgər real güc qardaşlarımızdadırsa, deməli başlıca olaraq, onların yanında da olmalıyıq.....sitat ”Məncə, İran variantı bizə daha çox uğur gətirə bilərdi. İranla münasibətlərimiz yaxşı olardı, Tehran Ermənistana indiki qədər yaxınlıq etməzdi, Cənubi Azərbaycanla iqtisadi yaxınlaşma olardı və s.”......)))))))))). Zərdüşt bəy, Siz ya qocalırsız, ya da bu, aydın görünür ki, bu hissə sifarişli/qərəzli yazıdır....)))))) Nə danışırsız???....)))))) İran bizə Cənubi Azərbaycanla yaxınlaşmağa imkan verər, ya bizə görə Ermənistanla siyasi-iqtisadi əlaqələrinə yenidən baxar??? Yeganə doğru siyasət, hal-hazırda reallaşdırılan çox vektorlu siyasətdir, əsas hədəf - öz gücünlə, dünya siyasətində real gücün/güclərin yanında olmaq!!!

vidadi goyce 2019-07-04 20:04:46

ezizim mubariz mence jid dediyin insanlar ermeni ve onlarin sariqulaq agasindan daha mutereqqi milletdir,misir fironlarini neynirsen,indiki ereblerin gunune bax, ozleri oz bashlarina beladirlar.

Mubariz 2019-07-04 20:04:46

Бей жидов спасай мир.Peygemberler ölduren qövmden ne gozlemek olar?Meger onlar oz dogma qardaslari hezreti Yusifi quyuya atmadilar?!Ancaq yaddan čixarirlar antik Misirde Firon onlari qul kimi işledib.Onlar hal hazirda Mekke basda olmaqla butun Islam olkelerini işgal edibler.Iran istisna olmaqla

Arif 2019-07-04 20:04:46

İran ərazisi dünya güclərin tam marağında həmçinin hər biri üçün qırmızı xəttdir buna görədə risk etmək böyük təhlükələrə yol aça biləcək.Fikirimcə ABŞ və onun müttəfiqlərini bu səbəb saxlayır.

Son yazılar