Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalarının müddətini uzadıb

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iyulun 31-də müddəti başa çatan iqtisadi sanksiyalarını rəsmən daha 6 ay uzadıb.“Report” TASS-a istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasının iyunun 4-də verilən açıqlamasında Rusiya iqtisadiyyatının ayrı-ayrı sahələrinə qarşı sanksiyaları 2020-ci il 31 yanvar tarixinədək uzatdıqları bildirilir.

Sənəddə bu qərarın 20-21 iyun tarixlərində Aİ sammitində sanksiyaların bağlı olduğu Ukraynadakı münaqişənin həllinə dair Minsk razılaşmalarının həyata keçirilməsinə dair aparılan müzakirələrdən sonra verildiyi qeyd olunur.

Qeyd edək ki, 2014-cü ildə Avropa İttifaqı Ukraynanın şərqindəki hərbi münaqişə və Krım yarımadasının ilhaqı bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq edərək sonradan onların müddətini uzadıb, əhatəsini isə genişləndirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar