Fransa Azərbaycanla turizm əlaqələrini genişləndirir 

Fransanın paytaxtı Parisdə "Echapevo" şirkətlər qrupu Azərbaycanla turizm əlaqələrinin yaradılması münasibətilə qəbul təşkil edib.

"Report"un Fransa bürosu xəbər verir ki, Azərbaycan səfirliyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə baş tutan tədbirdə bu ölkənin yüzdən çox turizm sahəsində fəaliyyət göstərən şirkətləri iştirak ediblər.

Tədbir zamanı "Echapevo" şirkətlər qrupunun Azərbaycan ilə turizm əlaqələrinə start verildiyi bildirilib. Onlara Azərbaycan haqqında ətraflı məlumat verilib, tarixi, coğrafiyası, mədəni abidələri, hazırkı siyasi və iqtisadi stabilliyi haqqında danışılıb. Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva, "Echapevo" qrupunun rəhbərləri, öz növbəsində, Azərbaycanla turizm əlaqələri yaratmaqda maraqlı olan şirkət nümayəndələrinin çoxsaylı suallarını cavablandırıblar.

Tədbirdə Fransada Azərbaycanın Dostları Assosiasiyası Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş kampaniyaya start verdiklərini açıqlayıb. Kampaniya bu ilin sonuna qədər davam edəcək.

Tədbir iştirakçıları Azərbaycanda stabillik, multikulturalizm və xüsusilə də qadın hüquqlarının inkişafı və onlara səsvermə hüququnun verilməsi mövzusuna xüsusi maraq göstəriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar