Bu siyahını mütləq oxuyun! - Ən ölümcül 12 qida

Uşaqlarınıza bunu yedirtmədən öncə iki dəfə düşünmək lazımmış

Qidalar çox vaxt bədənimizə enerji və sağlamlıq verir. Amma bəzən sağlam deyə bildiyimiz qida növləri istisnasız olaraq fayda verməyə bilər. Mütəxəssislər bu mövzuda valideynlərə xəbərdarlıqlar ediblər. Belə ki, bəzi qidalar uşaqlarda boğulma riskinə yol aça bilər. Bəs uşaqlar üçün zərərli ola biləcək ölümcül qidalar hansılardır?

Musavat.com Türkiyə mediasına istinadla onların siyahısını təqdim edir.

Ağ çörək

Ağ çörək boğazda tıxanmaya səbəb ola bilir. Buna qarşı mütəxəssislər çörəyin qızardılıb və ya kiçik hissələrə bölünərək uşaqlara verilməsini təklif edir.

12 ölümcül gıda!

Kök

Yumru və çeynənməsi çətin olan qidalar uşaqlar üçün təhlükə təşkil edir. Bu siyahının başında gələn kökün də suda qaynadılması və ya rəndələnməsi tövsiyyə edilir.

12 ölümcül gıda!

Popkorn

Qarğıdalı dənəciklərinin boğaza ilişməsi ölümcül olaraq qiymətləndirilir. Xüsusən də onun azyaşlı uşaqlara verilməsindən qaçmaq lazımdır.

12 ölümcül gıda!

Sərt konfetlər

Bayramlarda uşaqlara bolluca paylanan konfetlər tıxanmaya səbəb ola biləcək yeməklərin başında gəlir. Yavaş-yavaş əriyən bu konfetləri uşaqlardan aralı tutmaq məsləhət görülür.

Krakerlər

Xüsusən iki yaş və ondan kiçiklər üçün risk daşıyan bu cür qidaların – kraker, çubuqların sərt və quru olması boğazda zədələnməyə səbəb ola bilir.

12 ölümcül gıda!

Çərəz və tumlar

Kiçik olan bu yeməklər uşaqlar tərəfindən çeynənmədən udula bilir. Boğulma təhlükəsi təşkil edən bu tərzdə qidaların uşaqlara verilməməsi məsləhət görülür.

12 ölümcül gıda!

Pendir

Pendirin böyük hissələrlə servis edilməsinin təhlükəli ola biləcəyinə diqqət çəkən mütəxəssislər uşaqlara bunun yerinə rəndələnmiş pendir verilməsini tövsiyyə edir.

12 ölümcül gıda!

Üzüm

Görünüş etibarilə məsum görünən üzümün tam olaraq udulması, nəfəs borusunu tıxayaraq uşağı ölümə qədər apara bilər. Bu tərzdə meyvələrin kəsilərək yedirilməsi məsləhət görülür.

12 ölümcül gıda!

Saqqız

Saqqızın yapışqan quruluşu böyük təhlükə təşkil edir. Uşaqların bundan uzaq tutulmasının vacibliyinə xüsusən diqqət çəkilir.

12 ölümcül gıda!

Marşmelo

Uşaqların menyusundakı sevimli şirniyyat həddən artıq şəkər daşıdığı üçün onlara çox da verilməməlidir. Marşmelonun çox yeyilməsi iştahı küsdürməklə yanaşı, bir çox sağlamlıq probleminə də səbəb ola bilir.

12 ölümcül gıda!

Alma

"Vitamini qabığında saxlanıb” sözü burada təhlükəyə səbəb olur. Mütəxəssislər soyulmadan yedirilən almalardan uzaq dayanmanın vacibliyini vurğulayır.

12 ölümcül gıda!

Sümüklü toyuq

Bəzən marketdən sümüksüz olaraq alınan toyuq ətinin içindən çıxa biləcək sümüklərlə bağlı valideynlər maksimum diqqətli olmalıdılar. Bu sümüklərin nəfəs borusuna ilişməsi ölümə səbəb ola bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar