Aralıq dənizində liviyalı miqrantların gəmisi batıb, onlarla insan itkin düşüb

Aralıq dənizində liviyalı miqrantların gəmisi batıb.

Bu barədə “Report” “Associated Press”ə istinadla xəbər verir.

Məlumata görə, hadisə zamanı gəmidə 86 nəfər olub. Onlardan 82-i itkin düşüb.

Beynəlxalq Miqrasiya Təşkilatının verdiyi xəbərdə bildirilir ki, miqrantlardan 4-ü balıqçılar tərəfindən xilas edilib. Lakin onlardan biri tezliklə ölüb.

Daha əvvəl Liviyanın paytaxtı Tripoli şəhəri yaxınlığında qaçqınların saxlama mərkəzinə edilən avizərbələr nəticəsində ən azı 40 nəfər ölüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar