Ayaz Mütəllibovun həyat yoldaşı dəfn edilib - FOTOLAR (Yenilənib)

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova dəfn edilib.

"Report"un xəbərinə görə, mərhum Yasamal qəbiristanlığında oğlu Azad Mütəllibovun məzarının yanında torpağa tapşırılıb.

Xatırladaq ki, Ə.Mütəllibova bu gün 81 yaşında vəfat edib.

* * *

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova ilə vida mərasimi keçirilir.

"Report"un xəbərinə görə, Bakıda Təzəpir məscidində keçirilən mərasimdə mərhumun ailə üzvləri, ictimai-siyasi xadimlər iştirak edirlər.

Xatırladaq ki, Ə.Mütəllibova bu gün 81 yaşında vəfat edib. Mərhum Yasamal qəbiristanlığında oğlunun məzarının yanında dəfn olunacaq.

[gallery columns="5" size="full" ids="531231,531232,531233,531234,531235"]

635x100

Şərhlər

ədalət 2019-07-05 19:18:50

Həyat coxlarına bir yadigardı həyatın gör nəyaman günləri vardi... Allah rəhm etsin...

Son yazılar