“Hacı Mazan” Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb

Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov gecə saatlarında yenidən əməliyyata alınıb.

Bu barədə Oxu.Az-a Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının mətbuat katibi Günel Aslanova məlumat verib.

Onun sözlərinə görə, xəstə gecə saatlarında Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb və dərhal əməliyyat olunub.

“Onun həkimi isə Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusunun Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirli olaraq qalıb. Köçürüldüyü xəstəxanada gecə saatlarında əməliyyat edilib. Hazırda vəziyyəti stabildir. Həkim nəzarətində saxlanılır”.

Xatırladaq ki, Hacı Mazan iyulun 2-də Neftçalada ağır yol qəzasına düşüb. Ona bədənin çoxsaylı sınığı diaqnozu qoyulub. Bundan başqa, iş adamının ağciyərləri ciddi zədə alıb. Qəzadan sonra əməliyyat olunan R.Zeynalovun növbəti əməliyyata ehtiyacının olduğu, lakin vəziyyətinin buna imkan vermədiyi bildirilirdi.

635x100

Şərhlər

Ali 2019-07-05 20:55:08

“Hacı Mazan”ı dlrnaq imində yazmaq gülməlidir. Güya bu nə isə əcaib məxluqdur, ona şərti olaraq “Hacı Mazan” deyilir!!! Grammatikanı öyrənin

t.ədalət 2019-07-05 20:55:08

Hacı Mazan nə matah olub ki,bu qədər informasiya verilir.Cəbhə xəttində dayanan əsgər,yaxud da zabit deyil ki,itirsək Vətənimizə ziyan dəysin.Xəstədir,Allah şəfasını versin.Ancaq bu qədər təbliğata dəyməz.

Son yazılar