“Mənim üçün çox çətindir...” - Ayaz Mütəllibov
Baxiş sayı:
Dərc olunub:
05/07/2019 - 18:07
“Çətindir, amma nə etmək olar, həyatın işidir...”.
“Report” xəbərinə görə, bunu Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov həyat yoldaşı Ədilə Mütəllibovanın dəfn mərasimində deyib.
“Bu, mənim üçün çox çətindir. Amma həyatın işidir, belə qiymətləndirmək lazımdır. Bizə dəstək verən hər kəsə təşəkkürümü bildirirəm” – deyə A.Mütəlibov qeyd edib.
Xatırladaq ki, Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova bu gün 81 yaşında vəfat edib. Mərhum Yasamal qəbiristanlığında oğlu Azad Mütəllibovun məzarının yanında dəfn olunub.
Mərhumun 3 mərasimi iyulun 7-də Təzəpir məscidində keçiriləcək.
Son yazılar
11:19
“Biz Rusiyaya xəbərdarlıq etmişdik...” - ABŞ ATACMS raketlərini gizli şəkildə Ukraynaya ötürüb
Şərhlər
Allah qəni-qəni rəhmət eləsin qəbri nurla dolsun. Doğmalarına Allahdan səbr diləyirəm.