Donald Tuskun Azərbaycana səfər proqramı açıqlanıb

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana rəsmi səfər proqramı açıqlanıb.

APA-nın Avropa İttifaqı Şurasının saytına istinadən verdiyi xəbərə görə, iyulun 9-u Bakıya gələcək D. Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Görüşdən sonra Azərbaycan Prezidenti və Avropa İttifaqı Şurasının prezidenti mətbuata bəyanatla çıxış edəcəklər.

D. Tusk Bakı Beynəlxalq Dəniz Ticarət Limanına da baş çəkəcək.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının prezidenti Azərbaycandan sonra iyulun 10-da Ermənistana, iyulun 11-i isə Gürcüstana gedəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar