VİLAYƏT EYVAZOVA BİRİNCİ MÜAVİN TƏYİN OLUNDU - Sərəncam

Prezident İlham Əliyev yeni təyin etdiyi Daxili işlər nazirinin birinci müavininin kim olacağı ilə bağlı intizarlara bu gün son qoyub.

Strateq.az-ın hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən əldə etdiyi məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Seyfulla Əzimov Daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, 1970-ci il təvəllüdlü Seyfulla Əzimov da Azərbaycan Polis Akademiyasının yetirməsidir. Əvvəllər Nəsimi Rayon 22-ci Polis Bölməsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləyib.

2014-cü ilin noyabrın 4-dən isə, o, DİN-in ən mühüm baş idarələrindən birinin – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsini tuturdu.

635x100

Şərhlər

ferid 2019-07-05 19:06:49

xeyirlisi....

Junior diplomat 2019-07-05 19:06:49

Növbəti təyinatın DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsinə polis general-leytenantı Əhməd Əhmədov olacağı və beləliklə də DİN-in çox strateji hesab olunan postunun Mirqafar Seyidovdan sonra yenidən Naxçıvan əsilli birinə həvalə edilməsi ehtimalı güclənir. Hərhalda kimliyindən asılı olmayaraq sadiqliyini sübut etmiş şəxsin təyin olunacağı şübhəsizdir (son təyinatlar bunu deməyə əsas verir).

Son yazılar